Nəzarətçi, məlumatların qorunmasına dair müvafiq qayda və normalara uyğun olaraq, veb-saytın giriş məlumatlarında dərc edilmiş müvafiq Franke şirkətidir. Nəzarətçi fərdi məlumatlarınızı biznes əməliyyatlarımızı asanlaşdıran xidmətlərin göstərilməsi, işlənilmə, saxlama və ya digər məqsədlər üçün törəmə şirkətlərimizə və ya üçüncü tərəf xidmət təminatçılarına (“məlumat işləyənlərə”) ötürə bilər. Biz adımızdan fəaliyyət göstərən məlumat işləyənlərdən məxfiliyin qorunmasını öz metodlarımızla müqayisə oluna bilən və qüvvədə olan müvafiq qanunlara uyğun səviyyədə saxlamağı tələb etmək üçün müqavilə və ya digər müvafiq vasitələrdən istifadə edirik.
Məxfiliyə və “cookie” fayllarına dair siyasət
FRANKE Holding AG və onun törəmə şirkətləri (bundan sonra birlikdə “FRANKE”, “Şirkət”, “biz” və ya “bizi” adlandırılacaq) məxfiliyinizin qorunması prinsipinə qətiyyətlə sadiqdirlər. FRANKE onun məhsullarına maraq göstərməyinizi və bu veb-saytı ziyarət etməyinizi və ya veb xidmətlərimizdən istifadə etməyinizi yüksək qiymətləndirir. Məxfiliyiniz bizim üçün vacibdir və veb-saytımızı ziyarət edərkən özünüzü rahat hiss etməyinizi istəyirik. Veb-saytlarımızı ziyarət edərkən toplanan fərdi məlumatlar tərəfimizdən hüquqi normalara uyğun olaraq işlənilir. Məxfiliyə və “cookie” fayllarına dair bu siyasət (“Məxfilik Siyasəti”) vasitəsilə sizi topladığımız fərdi məlumatlar və “cookie” faylları, məqsəd, təhlükəsizlik tədbirləri və hüquqlarınızdan necə istifadə edə biləcəyiniz barədə də məlumatlandırmaq istərdik. Əlavə məlumat əldə etmək və ya bütün məlumatları açmaq istəyirsinizsə, aşağıdakı müvafiq bölmə başlığına klikləməyinizi xahiş edirik:
Fərdi məlumatlar eyniləşdirilmiş və ya eyniləşdirilən fiziki şəxsə aid istənilən məlumatdır; eyniləşdirilən şəxs birbaşa və ya dolayısı ilə eyniləşdirilə bilən istənilən fiziki şəxs deməkdir. Bu eyniləşdirmə xüsusilə də həmin fiziki şəxsin fiziki, fizioloji, psixoloji, iqtisadi, mədəni və sosial kimliyini ifadə edən eyniləşdirmə nömrəsi, yerləşdiyi yerə dair məlumatlar, onlayn eyniləşdirici və ya bir və və ya bir neçə xüsusi funksiya kimi eyniləşdiricilər ilə əlaqələndirilmə yolu ilə aparıla bilər. Qeyd olunanlara adınız və soyadınız, ünvanınız və e-poçt ünvanınız, telefon nömrəniz və ya doğum tarixiniz kimi məlumatlar daxildir. Fərdi məlumatlar istənilən şəkildə (məsələn, kağız daşıyıcıda, elektron formatda, video və audio formatda) təqdim oluna bilər. FRANKE şirkəti tərəfimizdən işlənilən bütün fərdi məlumatların ədalətli və qanuni olaraq işlənilməsini təmin etmək üçün zəruri tədbirləri həyata keçirməyi öz öhdəsinə götürür. Fərdi məlumatlara çıxışı olan bütün əməkdaşlarımız, məlumat işləyənlərimiz və üçüncü tərəf xidmət təminatçılarımız fərdi məlumatların məxfiliyinə və hazırkı Məxfilik Siyasətinə riayət etməyə borcludurlar. Biz fərdi məlumatlarınızı yalnız Siz məhsul və ya xidmətləri sifariş etdiyiniz, sorğu göndərdiyiniz, sifariş edilən məhsullara dair sorğu göndərdiyiniz zaman və məlumatlarınızı bizə təqdim etməyə qərar verdiyiniz digər analoji hallarda onları bizə qeydiyyat, formaların doldurulması və ya elektron poçt vasitəsilə təqdim etdiyiniz zaman toplayırıq.
Məlumat bazası və onun məzmunu FRANKE şirkətində və ya bizim adımızdan fəaliyyət göstərən və qarşımızda məsuliyyət daşıyan məlumat işləyənlərdə və serverlərdə saxlanılır.
Biz təqdim etdiyiniz istənilən fərdi məlumatların istifadə edilməsinə görə məsuliyyət daşıyır və onlara nəzarət edirik. Bu məlumatların bəziləri məlumatların qorunmasına dair qanunları yaşadığınız yurisdiksiyadan fərqli ola bilən digər yurisdiksiyalarda yerləşən kompüterlərdə saxlanıla və ya işlənilə bilər. Belə hallarda biz həmin ölkənin məlumat işləyəninin məlumatların mühafizəsini yaşadığınız ölkədə tətbiq olunan məlumatların mühafizəsi qaydalarına əsasən təmin etməsinə dair müvafiq mühafizə vasitələrinin mövcudluğuna zəmanət veririk.
Yalnız Sizə məhsul çatdırılma və ya xidmət göstərilmə zərurəti yarandığı və ya sorğunuza əsasən veb-saytımız ilə əlaqə saxlamaq istədiyiniz hallar istisna olmaqla, veb-saytımızdan istifadə şərtləri üçün fərdi məlumatlarınızı təqdim etməyiniz tələb olunmur. Xidmətlərimizi təkmilləşdirməyimizə kömək edəcək əlavə məlumatları bizə təqdim etməyə razılığınızı bildirə bilərsiniz. Fərdi məlumatlarınız bütün dünyada işlənilə bilər.
Fərdi məlumatlarınızın veb-saytımızda necə toplanılması, işlənilməsi və istifadə olunması aşağıda izah olunur:
Veb-saytımızı ziyarət etdiyiniz zaman məlumatlar
Veb-saytımızdan istifadə etdiyiniz zaman məlumatlarınız veb-saytımızla əlaqə saxlaya bilməyiniz üçün və ya icazəsiz girişin qarşısının alınması, eləcə də nasazlıqların aradan qaldırılması və ya testləşdirmə kimi təhlükəsizlik məqsədləri ilə işlənilir. Topladığımız məlumatlara internet provayderinizin adı, veb-saytımıza keçid etdiyiniz veb-saytın adı, ziyarətinizin tarix və vaxtı, veb-saytımızdan keçid etdiyiniz veb-saytlar və IP-ünvanınız daxil ola bilər. Bu məlumatların işlənilməsi xidmətlərimizi göstərmək üçün zəruridir və ya ismarışların işlənilməsinə dair qanuni maraqlarımıza əsaslanır. Fərz edirik ki, bu, Sizin marağınıza da uyğundur, çünki bu əlaqə olmadan veb-sayt əks oluna bilməz. Siz məlumatlarınızın bu məqsədlə işlənməsinə heç bir səbəb izah etmədən istənilən vaxt etiraz edə bilərsiniz və bu etiraz gələcəkdə nəzərə alınacaqdır. Lakin qeyd etmək istərdik ki, texniki səbəblərdən dolayı veb-saytın ayrı-ayrı istifadəçiləri üçün və ya bütövlüklə veb-sayt üzrə məlumatların işlənilməsini dayandırmaq mümkün olmadığına görə məlumatlarınızın işlənilməsinə etiraz etdiyinizdən sonra belə fərdi məlumatlarınızın işlənilməsi davam edə bilər. Beləliklə, məlumatların işlənilməsi üçün Sizin maraq, hüquq və azadlıqlarınızdan üstün olan ciddi əsaslar mövcuddur. Əgər Siz məlumatlarınızın yuxarıda əks olunan qaydada işlənilməsinin qarşısını almaq istəyirsinizsə, o zaman veb-saytımızı ziyarət etməməyiniz kifayətdir. Yalnız təhlükəsizlik ilə bağlı nasazlıq sənədləşmənin araşdırılması məqsədilə məlumatların daha uzunmüddətli saxlanmasını tələb etmədiyi halda, həmin məlumatlarınız seans bitdikdən və ya ““Cookie” fayllarından istifadə” bölməsində qeyd olunan vaxtdan sonra silinir.
Müştərinin hesabının yaradılmasına dair məlumatlar
Veb-saytımızda müştəri hesabı yaratdığınız halda təqdim etdiyiniz fərdi məlumatlarınız (məsələn, adınız, ünvanınız, elektron poçt ünvanınız, telefonunuz, giriş adınız və məlumatlarınız) FRANKE şirkətinin müştərilərə dair məlumat bazasında saxlanılacaq və işləniləcək. Bu məlumatlar müqaviləni yerinə yetirmək və ya xidmət təsis etmək üçün işlənilir. Siz aşağıda göstərilən əlaqə ünvanı ilə bizimlə əlaqə saxlamaqla, heç bir səbəb izah etmədən müştəri hesabınızı istənilən zaman deaktiv edə və/və ya gələcəkdə bu məqsədlə öz fərdi məlumatlarınızın sonrakı saxlanmasına və istifadə olunmasına etiraz edə bilərsiniz. Məlumatların işlənilməsinə etiraz etdiyiniz təqdirdə, biz fərdi məlumatlarınızı dərhal siləcəyik. Müştəri hesabını deaktiv etdiyiniz təqdirdə, müştəri hesabınızı da siləcəyik.
Əlaqə forması və ya elektron poçt ünvanı vasitəsilə təqdim etdiyiniz məlumatlar
Bizə müraciət etdiyiniz zaman (məsələn, əlaqə forması və elektron poçt vasitəsilə) əlaqə formasında təqdim etdiyiniz fərdi məlumatlarınız FRANKE tərəfindən saxlanılacaq və işləniləcəkdir. Bu məlumatlar yalnız sorğunuzu cavablandırmaq və/və ya əlaqə yaratmaq, eləcə də müvafiq texniki inzibatçılıq üçün saxlanılır və istifadə olunur. Bu məlumatlar müqavilənin və müqaviləqabağı tədbirlərin icra olunması üçün və ya Sizin maraqlarınız qorunmaqla bizim qanuni maraqlarımız çərçivəsində işlənilir, çünki bu məlumatların işlənməsi bizim ümumi marağımızdadır. Biz həmçinin qanuni maraqlarımız kimi veb əsaslı əlaqə formalarımız vasitəsilə spamın qarşısını almaq məqsədilə münasib istifadəçiləri yoxlamaq üçün üçüncü tərəf xidmətlərindən istifadə edə bilərik (bax: ““Cookie” fayllarından istifadə” bölməsi – “Google reCAPTCHA”).
Sorğunun işlənilməsi tamamlandıqdan sonra biz yazışmanı yalnız qanunla müəyyən edilmiş qaydada müddət və ya nizamnamə məhdudiyyəti mövcud olduğu və ya məhkəmə iddiaları irəli sürmək, onları həyata keçirmək və ya müdafiə etmək məqsədilə sonrakı saxlanma tələb olunduğu halda saxlayacağıq.
Yeniliklərə abunəyə dair məlumatlar
Əgər xəbər bülletenimizi almaq üçün qeydiyyatdan keçsəniz, fərdi məlumatlarınız (məsələn, adınız, ünvanınız və elektron poçt ünvanınız) FRANKE tərəfindən marketinq, reklam və təşviqat məqsədilə saxlanılacaq və işləniləcəkdir. Bu məlumatların işlənilməsi Sizin razılığınıza əsaslanır və ya müqavilənin icrası məqsədilə həyata keçirilir. Bu halda biz mütəmadi olaraq FRANKE məhsulları, xidmətləri, təklifləri və ya tədbirləri ilə əlaqədar məhsul və xidmətlər barədə Sizə reklam məlumatları göndərəcəyik. Siz gələcəkdə istənilən vaxt heç bir səbəb izah etmədən aşağıda göstərilən əlaqə ünvanı ilə bizimlə əlaqə saxlamaqla və ya göndərilmədə göstərilən abunənin ləğvi funksiyasının köməyi ilə abunəni ləğv etməklə bu cür göndərişləri almaqdan imtina edə bilərsiniz. Abunədən imtina etdiyiniz andan dərhal sonra elektron poçt ünvanınız bizim xəbər bülletenlərinin göndərilməsi siyahısından silinəcəkdir (saxlanılmasına bizim qanuni hüququmuz olan məlumat bazamızdakı nüsxə istisna olmaqla), odur ki, Sizə heç bir xəbər bülleteninin göndərilməyəcəyinə zəmanət veririk.
İstifadəçi sorğuları
Veb-saytımızda vaxtaşırı keçirilən istifadəçi sorğularında könüllü iştirak edə bilərsiniz. İstifadəçi sorğularını keçirmək üçün funksional “cookie” fayllarından istifadə edirik. İstifadəçi sorğusu aparılarkən toplanan texniki məlumat istifadəçilər veb-saytı ziyarət edərkən toplanan eyni məlumatdır (yuxarıda qeyd olunmuşdur). İstifadəçi sorğusu aparılarkən təqdim etdiyiniz cavablar IP ünvanınız kimi fərdi məlumatlarınızla əlaqələndirilməyəcək.
Üçüncü tərəflərə açıqlama
Biz hazırkı Məxfilik Siyasətinə və digər müqavilələrə riayət olunmasını və ya onların tətbiq edilməsini təmin etmək və ya FRANKE şirkətinin, müştərilərimizin və ya digər şəxslərin hüquqları, mülkiyyəti və ya təhlükəsizliyini qorumaq məqsədilə fərdi məlumatlarınızı üçüncü tərəflərə açıqlaya bilərik. Buraya fırıldaqçılıqdan qorunma və kredit riskinin azaldılması məqsədilə və ya sifariş edilən məhsullara görə ödənişlərin işlənilməsi üçün bizim internet-mağazada bank müəssisəsi tərəfindən təklif olunan ödəniş servisi vasitəsilə digər şirkət və təşkilatlarla məlumat mübadiləsi daxildir. Hər hansı qanun və ya qərar bunu tələb etdiyi halda, biz fərdi məlumatları dövlət, eləcə də tənzimləyici və hakimiyyət orqanlarına da təqdim edə bilərik. Hüquqi öhdəliklərə riayət olunması və ya cəmiyyətin xeyrinə həyata keçirilən tapşırığın icrası məqsədilə və ya bizim hüquqi maraqlarımıza və ya üçüncü tərəflərin maraqlarına əsaslandığı halda bu cür məlumat açıqlanmasına zərurət yarana bilər. Sonuncu halda bu cür istifadəyə etirazınızı bildirmək hüququnuz var, lakin Sizin maraq, hüquq və azadlıqlarınızdan üstün olacaq ciddi qanuni əsaslarımız mövcuddursa; və ya əgər bu cür hal hüquqi tələblər irəli sürmək və ya müdafiəni həyata keçirmək üçün tələb olunursa, o zaman biz məlumatlarınızın işlənilməsini həyata keçirə bilərik.
Fərdi məlumatlarınızın satılmaması
Bu Məxfilik Siyasətində və ya müəyyən hallarda məlumatların qorunmasına dair tətbiq olunan digər bəyanatlarında başqa cür qeyd edilmiş hallar istisna olmaqla, biz fərdi məlumatlarınızı Franke xaricində üçüncü tərəflərə satmırıq, mübadilə etmirik, lisenziyalaşdırmırıq və ya icarəyə vermirik.
Uşaqlara aid məlumatlar
Prioritetimiz çərçivəsində digər məqam uşaqlar internetdən istifadə edərkən onların qorunmasını təmin etməkdir. Biz valideyn və qəyyumları uşaqların onlayn fəaliyyətlərini müşahidə etməyə, həmin fəaliyyətdə iştirak etməyə və/və ya onu nəzarətdə saxlamağa və istiqamətləndirməyə təşviq edirik.
Franke şirkətlər qrupu uşaqların eyniləşdirilə bilən hər hansı fərdi məlumatlarını bilərəkdən toplamır. Əgər övladınızın veb-saytımızda bu cür məlumat təqdim etdiyini hesab edirsinizsə, bizimlə dərhal əlaqə saxlamağınızı tövsiyə edirik. Biz bu cür məlumatları qeydlərimizdən operativ şəkildə silmək üçün bütün səylərimizi göstərəcəyik.
“Cookie” fayllarına və ya analoji texnologiyalara dair seçimləriniz
Əksər veb-brauzerlər standart olaraq funksional “cookie” fayllarını qəbul etmək üçün tənzimlənmişdir. Əgər siz əlavə “cookie” fayllar almaq istəmirsinizsə, brauzerinizi bütün və ya bəzi növ “cookie” fayllardan imtina etmək və ya veb-sayt texnologiyaları “cookie” fayllar göndərdikdə sizi xəbərdar etmək üçün tənzimləyə bilərsiniz. Bu tənzimləmələr Saytların bütün funksiyalarından istifadə etməyinizə təsir göstərə bilər. Bundan əlavə, “cookie” parametrlərinin dəyişdirilməsi artıq quraşdırılmış bütün “cookie” fayllarının tamamilə silinməsini təmin etməyə bilər. Onları silmək üçün “cookie” parametrlərinizi dəyişdirdikdən sonra veb-brauzerinizin tənzimləmələrinə daxil olun.
“Cookie” fayllarını bloklamaq və ya filtrləmək üçün brauzerinizin tənzimləmələrini necə dəyişdirmək barədə ətraflı məlumat əldə etmək https://www.aboutcookies.org/ saytına müraciət edin və ya texnologiya təminatçılarının təlimatlarına riayət edin:
ADOBE ANALYTICS XİDMƏTİNDƏN İSTİFADƏ
Veb saytımız Adobe Inc şirkətinin (345 Park Avenue San Jose, CA) Adobe Analytics veb analitika xidmətindən istifadə edir. Adobe Analytics kompüterinizdə saxlanılan və veb-saytdan istifadəni təhlil etməyə imkan verən “cookie” fayllarından (yuxarıda qeyd olunmuşdur) istifadə edir. Veb-saytımızdan istifadənizlə əlaqədar olaraq Adobe tərəfindən toplanan məlumat (məsələn, istinad edən veb-sayt, ziyarət etdiyiniz veb-səhifələrimiz, brauzerinizin növü, dil parametrləriniz, əməliyyat sisteminiz, ekranınızın piksel sıxlığı) Adobe şirkətinin Amerika Birləşmiş Ştatlarında yerləşən serverinə ötürüləcək və orada məlumatların saxlanılması üçün nəzərdə tutulmuş əlli ay müddətində saxlanacaq və təhlil ediləcək; müvafiq nəticələr daha sonra anonim formada bizə təqdim olunacaq. Bu prosesdə istifadə məlumatlarınız tam IP ünvanınızla əlaqələndirilməyəcək. Öz veb-saytımızda biz Adobe tərəfindən təklif olunan veb IP anonimləşdirmə funksiyasını aktivləşdirmişik. Belə ki, IP ünvanınızın son 8 biti (IPv4 növü) və ya son 80 biti (IPv6 növü) silinir. Əgər məlumatlarınızın Adobe Analytics tərəfindən istifadəsindən imtina etmək istəyirsinizsə, Adobe şirkətinin http://www.adobe.com/privacy/opt-out.html səhifəsində təqdim olunan imtina alətindən istifadə edə bilərsiniz.
GOOGLE ANALYTICS XİDMƏTİNDƏN İSTİFADƏ
Veb saytımız rəsmi ünvanı “1600 Amphitheatre Parkway Mountain View, CA 94043, USA” olan Google Inc (“Google”) şirkətinin Google Analytics veb analitika xidmətindən istifadə edir. Google Analytics kompüterinizdə saxlanılan və veb-saytdan istifadəni təhlil etməyə imkan verən “cookie” fayllarından (yuxarıda qeyd olunmuşdur) istifadə edir. Veb-saytımızdan istifadənizlə əlaqədar olaraq Google tərəfindən toplanan məlumat (məsələn, istinad edən veb-sayt, ziyarət etdiyiniz veb-səhifələrimiz, brauzerinizin növü, dil parametrləriniz, əməliyyat sisteminiz, ekranınızın piksel sıxlığı) Google şirkətinin Amerika Birləşmiş Ştatlarında yerləşən serverinə ötürüləcək və orada məlumatların saxlanılması üçün nəzərdə tutulmuş əlli ay müddətində saxlanacaq və təhlil ediləcək; müvafiq nəticələr daha sonra anonim formada bizə təqdim olunacaq. Bu prosesdə istifadə məlumatlarınız tam IP ünvanınızla əlaqələndirilməyəcək. Öz veb-saytımızda biz Google tərəfindən təklif olunan veb IP anonimləşdirmə funksiyasını aktivləşdirmişik. Belə ki, IP ünvanınızın son 8 biti (IPv4 növü) və ya son 80 biti (IPv6 növü) silinir.
Biz Google Analytics xidmətindən yalnız əvvəlcədən razılığınız və ya Sizə fərdiləşdirilmiş veb-sayt təcrübəsi təmin etmək üçün qanuni marağımız əsasında istifadə edirik. Hesab edirik ki, maraqlı və unikal reklamlar almaq sizin də marağınıza uyğundur. Beləliklə, məlumatların işlənilməsi üçün Sizin maraq, hüquq və azadlıqlarınızdan üstün olan ciddi əsaslar mövcuddur. Aşağıda Google Analytics xidmətindən istifadə edilməsinə verdiyiniz razılığı necə geri götürə biləcəyinizi təsvir edirik:
Veb analitikadan istifadə edilməsinə verdiyiniz razılığı Google Analytics xidmətindən imtina üçün brauzer əlavəsindən istifadə etməklə (bunun nəticəsində imtina “cookie” faylı quraşdırılacaq) və ya brauzerinizin proqram təminatında müvafiq parametri seçməklə geri götürə bilərsiniz. Hər iki variant yalnız plaqini quraşdırdığınız brauzerdən istifadə etdiyiniz və imtina “cookie” faylını silmədiyiniz halda veb analitikadan istifadənin qarşısını alacaq.
Əlavə məlumat üçün Google Məxfilik Siyasəti saytına müraciət etməyinizi xahiş edirik.
GOOGLE DOUBLECLICK (ADS)
Hədəf auditoriyaya yönəlmiş reklamı çatdırmaq üçün biz Google DoubleClick reklam şəbəkəsindən istifadə edirik. O, “cookie” fayllardan istifadə edərək veb-saytlarımıza və reklam şəbəkəsinin tərkibindəki digər veb-saytlara müraciətlər haqqında məlumat toplayır və qiymətləndirir. Bu kontekstdə haqqınızda heç bir fərdi məlumat, o cümlədən adınız, ünvanınız və ya e-poçt ünvanınız toplanmayacaq və istifadə edilməyəcək. DoubleClick tərəfindən istifadə edilən “cookie” fayllarında yalnız “cookie” faylın təyin olunduğu domenin adı (ad.doubleclick.net), “cookie” faylının standart qüvvədə olma müddəti və müəyyən hədəf auditoriyalar üçün uyğun olan göstərici qeyd olunur. Əgər Google DoubleClick tərəfindən hər hansı “cookie” faylların quraşdırılmasını istəmirsinizsə və ya üstünlük verdiyiniz reklam parametrlərini tənzimləmək istəyirsinizsə https://www.google.com/settings/ads/plugin{ut3} səhifəsinə keçin.
Biz DoubleClick/ Google Ads xidmətindən “cookie” bannerimiz vasitəsilə razılığınız əsasında istifadə edirik. Siz brauzerinizin proqram təminatında müvafiq parametri seçməklə, brauzerinizin parametrlərində www.googleadservices.com domenindən “cookie” faylları bloklamaqla və ya https://www.youronlinechoices.com saytına daxil olaraq müvafiq reklamları deaktiv etməklə razılığınızı istənilən zaman geri götürə bilərsiniz. Bundan başqa, DoubleClick xidmətini https://www.google.com/settings/ads/plugin ünvanında deaktiv edə bilərsiniz.
GOOGLE ADWORDS
Biz üçüncü tərəflərin veb-saytlarında reklamlarımızı təqdim etmək üçün Google AdWords xidmətindən istifadə edirik. Bu xidmətdən Sizə fərdiləşdirilmiş veb-sayt təcrübəsi təmin etmək üçün istifadə edirik. Reklamlar “Reklam serverləri” vasitəsilə çatdırılır. Biz reklam təsvirlərinin tədricən açılmasını və klikləri ölçmək üçün Reklam Serveri “cookie” fayllarından istifadə edirik. Siz veb-saytımıza Google reklamı vasitəsilə daxil olsanız, Google brauzerinizdə “cookie” fayl yerləşdirəcək. Həmin “cookie” fayl 30 gün saxlanacaq və Sizi eyniləşdirmək üçün nəzərdə tutulmamışdır. FRANKE Google AdWords vasitəsilə fərdi məlumatları toplamır və saxlamır. Biz Google-dan yalnız hansı reklamın ən effektiv olduğunu bildirən statistik qiymətləndirmələr alırıq. Əgər Google hesabınız varsa, Google tərəfindən veb-saytımıza müraciətinizin hesabınızla əlaqələndirilməsi mümkündür. Hətta əgər Google qeydiyyatınız yoxdursa, Google sizin IP ünvanınızı izləyə və məlumatlarınızı öz serverində saxlaya bilər.
Biz AdWords xidmətindən “cookie” bannerimizi qəbul edərkən verdiyiniz razılıq əsasında istifadə edirik.
Siz brauzerinizin proqram təminatında müvafiq parametri seçməklə, brauzerinizin parametrlərində www.googleadservices.com domenindən “cookie” faylları bloklamaqla və ya https://www.youronlinechoices.com saytına daxil olaraq müvafiq reklamları deaktiv etməklə Google AdWords xidmətindən istifadə edilməsinə razılığınızı istənilən zaman geri götürə bilərsiniz. Bundan başqa, Google AdWords https://www.google.com/settings/ads/plugin brauzer plaqinində deaktiv edə bilərsiniz.
GOOGLE DYNAMIC REMARKETING
Bundan əlavə, biz Google Dynamic Remarketing funksiyasından istifadə edirik. Bu funksiya Google Display Network şəbəkəsinə məxsus digər veb-saytları ziyarət etdiyiniz zaman sizə maraqlarınıza əsaslanan, fərdiləşdirilmiş reklamlar göstərməyə imkan verir. Google, ünvanlı reklam üçün əsas olan veb-saytımızdan istifadənizi təhlil etmək üçün "cookie" fayllardan istifadə edir. Bu məqsədlə Google siz veb-saytımızı ziyarət etdiyiniz zaman brauzerinizdə seriya nömrələri olan kiçik bir fayl saxlayır. Beləliklə Google veb-saytdan istifadəniz haqqında anonim məlumat toplamaq imkanı əldə edir. Google sizin haqqınızda eyniləşdirilə bilən heç bir fərdi məlumat saxlamır. Sonralar Google Display Network şəbəkəsinə məxsus başqa veb-saytı ziyarət etdiyiniz halda sizə yüksək ehtimalla daha əvvəl seçdiyiniz məlumat və ya məhsulların nəzərə alındığı reklamlar göstəriləcək. Bu linkdən istifadə edərək mövcud plaqini endirib quraşdırmaqla Google tərəfindən "cookie" faylların istifadə edilməsini həmişəlik dayandıra bilərsiniz: https://www.google.com/settings/ads/plugin. Bundan başqa, siz Network Advertising Initiative deaktivasiya saytına daxil olaraq təklif edilən imtinanı tətbiq etməklə Google "cookie" fayllarını deaktiv edə bilərsiniz: http://www.networkadvertising.org/choices/. Google Remarketing haqqında ətraflı məlumatı, eləcə də Google məxfiliyi haqqında məlumatı buradan əldə edə bilərsiniz: http://www.google.com/privacy/ads/.
Biz Google Dynamic Remarketing funksiyasından “cookie” bannerimizi qəbul edərkən əvvəlcədən verdiyiniz razılıq əsasında istifadə edirik. Siz brauzerinizin proqram təminatında müvafiq parametri seçməklə və ya brauzerinizin parametrlərində www.googleadservices.com domenindən “cookie” faylları bloklamaqla razılığınızı istənilən zaman geri götürə bilərsiniz.
GOOGLE reCAPTCHA
Bizə məlumat təqdim etməzdən əvvəl qanuni istifadəçiləri yoxlamaq üçün Google reCAPTCHA funksiyasından istifadə edirik. Sizə bildirmək istərdik ki, reCAPTCHA funksiyasından istifadə Google Məxfilik Siyasəti və Xidmət Şərtləri ilə tənzimlənir. Google reCAPTCHA iş prinsipi avadanlıq və tətbiq məlumatları kimi aparat və proqram təminatı haqqında məlumatların toplanılması və həmin məlumatları təhlil üçün Google-a göndərilməsinə əsaslanır. reCAPTCHA funksiyasından istifadə ilə əlaqədar toplanan məlumat reCAPTCHA funksiyasını təkmilləşdirmək və ümumi təhlükəsizlik məqsədləri üçün istifadə olunacaq. Google ondan fərdiləşdirilmiş reklamlar üçün istifadə etməyəcək. Google reCAPTCHA haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://www.google.com/recaptcha/.
Biz Google reCAPTCHA funksiyasından təhlükəsizlik səbəblərini nəzərə alaraq qanuni maraqlarımıza əsaslanaraq istifadə edirik. Brauzerinizin proqram təminatında müvafiq parametri seçməklə və ya brauzerinizin parametrlərində www.google.com > recaptcha və www.gstatic.com > recaptcha domenindən "cookie" faylları silməklə/bloklamaqla istənilən zaman həmin "cookie" faylları silə və ya Google reCAPTCHA funksiyasını bloklaya bilərsiniz. Lakin, bu, veb formadan istifadə imkanlarını məhdudlaşdıracaq və siz bizimlə əlaqə saxlamaq üçün digər kanallardan istifadə etməli olacaqsınız.
FACEBOOK CUSTOM AUDIENCES
Bundan başqa, bu veb-saytda hüquqi ünvanı “1601 S. California Ave, Palo Alto, CA 94304” olan Meta Inc şirkətinin (“Facebook” və ya onun ana şirkəti “Meta”) “Custom Audiences” funksiyasından istifadə edilir. Bu funksiya Meta Network şəbəkəsinə məxsus digər veb-saytları ziyarət etdiyiniz zaman sizə maraqlarınıza əsaslanan, Facebook Ads (Facebook reklamları) adlanan fərdiləşdirilmiş reklamlar göstərməyə imkan verir. Facebook siz veb-saytımızı ziyarət etdiyiniz zaman brauzerinizdə seriya nömrələri olan kiçik bir fayl saxlayır. Beləliklə Meta veb-saytdan istifadəniz haqqında anonim məlumat toplamaq imkanı əldə edir. Sonralar Meta Network şəbəkəsinə məxsus başqa veb-saytı ziyarət etdiyiniz halda sizə yüksək ehtimalla daha əvvəl seçdiyiniz məlumat və ya məhsulların nəzərə alındığı reklamlar göstəriləcək. Əgər Facebook qeydiyyatınız varsa, Meta tərəfindən veb-saytımıza müraciətinizin hesabınızla əlaqələndirilməsi mümkündür. Hətta əgər Facebook qeydiyyatınız yoxdursa, Meta sizin IP ünvanınızı izləyə və məlumatlarınızı öz serverində saxlaya bilər.
Aşağıdakı deaktivasiya saytına daxil olaraq “Custom Audiences” funksiyasından istifadəni deaktiv edə bilərsiniz: http://www.youronlinechoices.eu/. Facebook “Custom Audiences” funksiyası haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://www.facebook.com/policies/cookies/.
Biz Facebook Custom Audiences funksiyasından yalnız “cookie” bannerimizi qəbul edərkən əvvəlcədən verdiyiniz razılıq və ya Sizə fərdiləşdirilmiş veb-sayt təcrübəsi təmin etmək üçün qanuni marağımız əsasında istifadə edirik. Hesab edirik ki, maraqlı və unikal reklamlar almaq sizin də marağınıza uyğundur. Beləliklə, məlumatların işlənilməsi üçün Sizin maraq, hüquq və azadlıqlarınızdan üstün olan ciddi əsaslar mövcuddur. İstənilən zaman bizimlə əlaqə saxlayaraq məlumatların bu cür işlənilməsinə etiraz edə bilərsiniz.
Facebook məxfilik siyasəti ilə buradan tanış ola bilərsiniz: https://www.facebook.com/privacy/policy.
FACEBOOK CONNECT
Siz veb-saytımıza Facebook Connect qeydiyyat xidmətindən istifadə edərək daxil ola bilərsiniz. Bu xidmət kimliyinizi təsdiq edəcək və qeydiyyat formasını əvvəlcədən doldurmaq üçün adınız və e-poçt ünvanınız kimi eyniləşdirilə bilən müəyyən fərdi məlumatları bizimlə paylaşmaq seçimi təmin edəcək. Facebook Connect kimi xidmətlər şəbəkəniz daxilində başqaları ilə paylaşmaq üçün profil səhifənizdə veb-saytımızdakı fəaliyyətləriniz haqqında məlumat yerləşdirmək seçimi təmin edir.
Biz Facebook Connect xidmətindən Facebook/Meta-ya verdiyiniz razılığa və veb-saytımızdan istifadəni asanlaşdırmaq üçün qanuni marağımıza əsaslanaraq istifadə edirik. Hesab edirik ki, saytımızdan istifadənin asanlığı sizin marağınıza da uyğundur. Beləliklə, məlumatların işlənilməsi üçün Sizin maraq, hüquq və azadlıqlarınızdan üstün olan ciddi əsaslar mövcuddur. İstənilən zaman bizimlə əlaqə saxlayaraq məlumatların bu cür işlənilməsinə etiraz edə bilərsiniz.
MICROSOFT CLARITY
Məhsullarımızı/xidmətlərimizi təkmilləşdirmək və bazarda irəli çəkmək məqsədilə davranış göstəricilərinin ölçülməsi, intensivlik xəritələri və seansların təkrar edilməsi vasitəsilə veb-saytımızdan necə istifadə etdiyinizi və onunla necə qarşılıqlı əlaqə qurduğunuzu izləmək üçün Microsoft Clarity və Microsoft Advertising ilə əməkdaşlıq edirik. Veb-saytdan istifadə məlumatları məhsulların/xidmətlərin və onlayn fəaliyyətin populyarlığını müəyyən etmək üçün birinci və üçüncü tərəf "cookie" faylları və digər izləmə texnologiyalarından istifadə etməklə toplanır. Bundan əlavə, biz bu məlumatı saytı optimallaşdırmaq, fırıldaqçılığa qarşı təhlükəsizliyi təmin etmək və reklam üçün istifadə edirik. Məlumatlarınız Microsoft tərəfindən necə toplanıldığı və istifadə edildiyi haqqında ətraflı məlumat əldə etmək üçün Microsoft Məxfilik Bəyannaməsi ilə tanış olun.
Biz veb-saytımıza üçüncü tərəf xidmətlərini və/və ya kontentini daxil edirik. Siz bu cür üçüncü tərəf xidmətlərindən istifadə etdikdə və ya üçüncü tərəf kontenti göstərildikdə texniki səbəblərə görə sizinlə müvafiq provayder arasında əlaqə məlumatlarının mübadiləsi baş verir. FRANKE həmin veb-saytları idarə edən üçüncü tərəflərin nə veb-saytlarına, nə də məxfilik siyasətlərinə nəzarət etmir. Üçüncü tərəf veb-sayt provayderlərinin məxfilik siyasətləri FRANKE siyasətlərindən fərqli ola bilər. Ona görə də biz üçüncü tərəf veb-saytlarını təsdiq edə və ya onlar barədə hər hansı bəyanat verə bilmərik. Həmin veb-saytlara hər hansı fərdi məlumatlarınızı təqdim etməzdən əvvəl onların siyasətləri ilə tanış olmağınızı xahiş edirik.
Fərdi məlumatlarınız müvafiq xidmət və ya kontent təminatçısı tərəfindən də öz əlavə məqsədləri üçün işlənilə bilər. Bildiyimiz qədər, biz məlumatları öz məqsədləri üçün işlədiyi bizə məlum olan provayderlərin xidmətləri və kontentini elə konfiqurasiya etmişik ki, öz xidmətləri və ya kontentini veb-saytımızda təqdim etməkdən başqa məqsədlər üçün istənilən kommunikasiya bloklansın və ya kommunikasiya yalnız siz müvafiq xidmətdən istifadə etməyi aktiv şəkildə seçdikdən sonra baş versin. Bununla belə, biz üçüncü tərəflər tərəfindən toplanan və işlənilən məlumatlara nəzarət etmədiyimiz üçün məlumatlarınızın bu cür işlənilməsinin həcmi və məqsədinə dair məcburi xarakter daşıyan məlumat verə bilmirik.
Digər veb-saytlara keçidlər
Veb-saytımızda partnyor şəbəkələrimizin, dilerlərimizin, törəmə şirkətlərimizin və ya digər üçüncü tərəflərin veb-saytlarına və veb-saytlarından keçidlər ola bilər. Həmin linklərlə keçdiyiniz zaman FRANKE veb-saytı avtomatik olaraq bağlanır. FRANKE həmin veb-saytları idarə edən üçüncü tərəflərin nə veb-saytlarına, nə də məxfilik siyasətlərinə nəzarət etmir. Üçüncü tərəf veb-sayt provayderlərinin məxfilik siyasətləri FRANKE siyasətlərindən fərqli ola bilər. Ona görə də biz üçüncü tərəf veb-saytlarını təsdiq edə və ya onlar barədə hər hansı bəyanat verə bilmərik. Həmin veb-saytlara hər hansı fərdi məlumatlarınızı təqdim etməzdən əvvəl onların siyasətləri ilə tanış olmağınızı xahiş edirik. Bu Məxfilik Siyasəti Franke Qrupuna məxsus olmayan hər hansı link keçidli veb-saytlara şamil olunmur.
Sosial plaqinlərdən istifadə
FRANKE Facebook, Google+, LinkedIn, Pinterest, Wechat və Twitter kimi sosial şəbəkələrin sosial plaqinlərindən ("düymələr") istifadə edir. Siz veb-saytımızı ziyarət edərkən bu düymələr avtomatik olaraq deaktiv edilir, yəni sizin müdaxiləniz olmadan müvafiq sosial şəbəkələrə məlumat göndərməyəcək. Bu düymələrdən istifadə etməzdən əvvəl onların üzərinə klikləməklə onları aktivləşdirməlisiniz. Daha sonra siz onları yenidən deaktiv edənə və ya "cookie" fayllarını (bax: "Cookie" fayllar) silənə qədər həmin düymələr aktiv qalır.
Onlar aktivləşdirildikdən sonra müvafiq sosial şəbəkənin serverinə birbaşa keçid qurulur. Sonra düymənin kontenti sosial şəbəkədən birbaşa brauzerinizə köçürülür və onun tərəfindən veb-sayta daxil edilir. Düymə aktivləşdirildikdən sonra düymə ilə qarşılıqlı əlaqənizin olub olmamasından asılı olmayaraq sosial şəbəkə məlumat qəbul edə bilər. Əgər siz sosial şəbəkəyə daxil olmusunuzsa, şəbəkə veb-sayta ziyarətinizi istifadəçi hesabınızla əlaqələndirə bilər. Siz digər FRANKE veb-saytlarında da müvafiq düyməni aktivləşdirməyincə, sosial şəbəkə həmin veb-saytlara ziyarəti təyin edə bilməz.
Əgər siz sosial şəbəkə istifadəçisisinizsə və siz veb-saytımıza daxil olarkən əldə olunan məlumatların istifadəçi məlumatlarınızla birləşdirməsini istəmirsinizsə, düymələri aktivləşdirməzdən əvvəl müvafiq sosial şəbəkədən çıxmalısınız.
Sosial şəbəkələrin onlara aid düymələr vasitəsilə topladığı məlumatların həcminə bizim heç bir təsirimiz yoxdur. Sosial şəbəkələrin məlumatların istifadəsinə dair siyasətləri onların topladıqları məlumatların əhatə dairəsi və məqsədi, həmin məlumatların necə işlənildiyi və istifadə edildiyi, istifadə edə biləcəyiniz hüquqlar və məxfiliyinizi qorumaq üçün istifadə edə biləcəyiniz parametrlər haqqında məlumat verir.
Məlumatlarınızın bu cür toplanması və işlənilməsinin əhatə dairəsi və məqsədinə dair əlavə məlumat əldə etmək üçün, xidmətlərini və/və ya kontentini daxil etdiyimiz və bu kontekstdə məlumatlarınızı qorumaq üçün məsuliyyət daşıyan provayderlərin məxfilik bildirişləri ilə tanış olmağınızı xahiş edirik.
Veb-xidmətlərimizin göstərilməsi, müqavilənin yerinə yetirilməsi üçün zəruri olmadığı, müvafiq qanuni müddəalarla icazə verilmədiyi və ya siz razılıq vermədiyiniz halda biz heç bir fərdi məlumatı üçüncü tərəflərə ötürmürük. Bununla belə, FRANKE bizim adımızdan müəyyən vəzifələri yerinə yetirmələri üçün digər şirkətlər və ya fiziki şəxslərlə (“Məlumat işləyənlər” və ya “Xidmət Təminatçıları”) müqavilə bağlaya bilər. Bu halda, məlumat işləyənlərə fərdi məlumatlara çıxış imkanı təmin etməyiniz lazım ola bilər. Məlumat işləyənlərimizdən fərdi məlumatların məxfiliyini qorumaq tələb olunur və məlumatdan FRANKE tərəfindən müəyyən edilmiş məqsədlərdən başqa istənilən digər məqsədlər üçün istifadə etmək qadağan olunur. Məlumat işləyənlər tərəfindən yerinə yetirilən vəzifələrə misal olaraq texniki xidmətlər, ödəniş və çatdırılma xidmətləri, kredit riskinin azaldılması və ya fırıldaqçılıqdan qorunma, analitika təminatçıları, axtarış məlumatlarının təminatçıları və ya məlumatların qrupdaxili işlənilməsi sahəsində biznes tərəfdaşları və ya subpodratçılar aiddir. Onlar yalnız öz müvafiq fəaliyyətlərini həyata keçirmək üçün lazım olan fərdi məlumatlara çıxış əldə edəcəklər. Konkret olaraq, bu Məlumat işləyənlərə fərdi məlumatlarınızı işləmək və ya başqa məqsədlər üçün istifadə etmək qadağan olunur.
Biz Məlumat işləyənlərimizə açıqlanan fərdi məlumatların münasib şəkildə qorunmasını və Məlumat işləyənlərimizin məlumatların qorunmasına dair müvafiq qanunlara uyğun olaraq fərdi məlumatları qorumaq üçün münasib hüquqi, təşkilati və texniki prosedurlara malik olmasını təmin etmək üçün müqavilə əsasında və ya başqa şəkildə müvafiq tədbirlər həyata keçiririk.
FRANKE müxtəlif ölkələrdə fəaliyyətə göstərən hüquqi şəxsləri, biznes prosesləri, idarəetmə strukturları və texniki sistemləri olan qlobal təşkilatdır. Buna görə də, məxfilik siyasətlərimiz fərdi məlumatları bütün dünyada qorumaq üçün nəzərdə tutulmuşdur. FRANKE siyasətinə əsasən, fərdi məlumatlara çıxış yalnız FRANKE şirkətinin fikrincə, öz vəzifələrini yerinə yetirmək üçün məlumatları bilmək və ya əldə etmək üçün qanuni ehtiyacı olan səlahiyyətli işçilər, agentlər, podratçılar, qurumlar və Məlumat işləyənlərə verilir. FRANKE sizin təqdim etdiyiniz və bizim tərəfimizdən idarə olunan məlumatları manipulyasiya, itirilmə, məhv edilmə və üçüncü tərəflərin əldə etməsindən qorumaq üçün texniki və təşkilati təhlükəsizlik tədbirlərindən istifadə edir. Təhlükəsizlik tədbirlərimiz texnoloji inkişafa uyğun olaraq davamlı surətdə təkmilləşdirilir.
Sizə veb-saytımızın müəyyən hissələrinə daxil olmağa imkan verən parol verdiyimiz (və ya siz bu cür parol seçdiyiniz) halda həmin parolun məxfiliyini qorumaq üçün siz məsuliyyət daşıyırsınız. Parolu heç kimlə paylaşmamağınızı sizdən xahiş edirik.
Yuxarıda konkret saxlanılma müddətlərini qeyd etməmişiksə, aşağıdakı ümumi qaydalar tətbiq olunur:
Məlumatlarınız nəzərdə tutulan məqsədlər üçün lazım olmadıqda və ya qanuni maraq əsasında istifadəyə razılığınızı geri götürdüyünüz və ya etiraz etdiyiniz halda və bizim daha üstün hüquqi əsaslarımız olmadıqda silinəcək. Bəzi hallarda, qanunla tələb olunduğuna (məsələn, vergi və kommersiya qanunlarına uyğun olaraq) və ya məlumatlar hüquqi iddiaların tərtib edilməsi, həyata keçirilməsi və ya müdafiəsi üçün tələb olunduğuna görə daha uzun saxlama müddətləri tətbiq oluna bilər.
Məlumatların məxfiliyinə münasibətdə sizə şamil olunan qanunlara uyğun olaraq, "Əlaqə" bölməsində təqdim olunan əlaqə məlumatlarından istifadə edərək aşağıdakı hüquqların bəzilərini və ya hamısını həyata keçirmək hüququnuz ola bilər:
1. Məlumat əldə etmək hüquqları: (i) fərdi məlumatlarınızın saxlanılıb saxlanılmadığı barədə məlumat və (ii) işlənilmə məqsədləri, müvafiq fərdi məlumatların kateqoriyaları və məlumatı alanlar, eləcə də mümkün saxlanma müddətləri daxil olmaqla, saxlanılan fərdi məlumatlarınızı əldə etmək imkanı və/və ya onların dublikatlarını tələb etmək. Müəyyən məlumat növləri üçün, məlumatların daşınması hüququnuz da ola bilər;
2. Məlumatların dəqiqliyi: misal üçün, (i) tam və dəqiq olmadığına, (ii) toplandığı məqsədlər üçün artıq lazım olmadığına və ya (iii) işlənmə üçün verilmiş razılıq geri götürüldüyünə görə fərdi məlumatlarınıza düzəliş edilməsini, onların silinməsini və ya məhdudlaşdırılmasını tələb etmək;
3. Məlumatların işlənilməsinə məhdudiyyətlər: məlumat təmin etməkdən imtina etmək və – razılığın geri götürülməsindən əvvəl baş vermiş məlumatların işlənilməsi fəaliyyətlərinə xələl gətirmədən – fərdi məlumatlarınızın işlənilməsinə razılığınızı istənilən zaman geri götürmək;
4. Şikayət etmək hüququ: Fərdi məlumatlarınızın işlənilməsi ilə əlaqədar olaraq hüquqlarınızın hər hansı potensial pozulması ilə əlaqədar hüquqi tədbirlər görmək, eləcə də məlumatların qorunması üzrə səlahiyyətli orqana şikayətlər vermək;
Etiraz etmək hüququ:
Konkret vəziyyətinizə əsasən, fərdi məlumatlarınızın işlənilməsinə etiraz etmək hüququnuzdan istifadə etmək hüququnuz ola bilər. Bu halda, konkret vəziyyətiniz haqqında bizə məlumat verməyinizi xahiş edirik. Təqdim etdiyiniz faktları qiymətləndirdikdən sonra biz ya fərdi məlumatlarınızın işlənilməsini dayandıracağıq, ya da işlənilməsinin davam etdirilməsi üçün sizə tutarlı qanuni əsaslarımızı təqdim edəcəyik.
Əgər sorğu təqdim edirsinizsə, biz ilk növbədə kimliyinizi təsdiq etməli, sorğunuzu qiymətləndirməli və qüvvədə olan qanunlarınızda müəyyən edilmiş müddət ərzində sizə cavab verməliyik. Biz həddindən artıq olan və ya müvafiq hüquqdan sui-istifadə təşkil edən sorğulardan imtina edə bilərik və ya fərdi məlumatlarınızı işləməyə davam etmək üçün üstün marağımız və ya qanuni öhdəliyimiz olduğu halda belə sorğu məhdudlaşdırıla bilər.
Fərdi məlumatlarınızı necə istifadə etdiyimizə və ya qanuni tələblərin dəyişdirilməsinə dair dəyişiklikləri əks etdirmək üçün bu Məxfilik Siyasətini vaxtaşırı olaraq yeniləmək və dəyişdirmək hüququmuzu özümüzdə saxlayırıq. Hər hansı belə dəyişiklik olduğu halda, biz dəyişiklik edilmiş Məxfilik Siyasətini veb-saytımızda yerləşdirəcəyik.
Bu Məxfilik Siyasətinə uyğunluğumuzla əlaqədar hər hansı sualınız və ya şikayətiniz varsa və ya yuxarıda təsvir edilmiş hüququnuzdan istifadə etmək istəyirsinizsə, bizimlə aşağıdakı qaydada əlaqə saxlamağınızı xahiş edirik:
Müvafiq Franke şirkəti veb-saytın çıxış məlumatlarında dərc olunmuşdur; buraya klikləyin.
Məlumatların qorunması üzrə koordinatorun nəzərinə
və ya e-poçt vasitəsilə: privacy@franke.com
Mart 2023