Skip to main content

Hüquqi bildiriş

Veb-saytda nişanı yerləşdirilmiş Franke şirkətinə (bundan sonra “Franke”, “biz,” “bizə,” və “bizim” adlandırılacaq) məxsus www.franke.com veb-saytımızı (“Sayt”) ziyarət etdiyiniz üçün təşəkkür edirik. Saytdan istifadə etməklə və ya Sayta daxil olmaqla siz bu Hüquqi bildirişi, eləcə də bu Saytda yerləşdirilmiş və bu sənəddə istinad edilən Veb-saytımızın məxfilik siyasətini qəbul etdiyinizi bildirirsiniz.

1. ŞƏRTLƏR

Bu Hüquqi bildiriş Sayta daxil olmağınıza və Saytdan istifadə etməyinizə şamil olunur. SAYTDAN İSTİFADƏ ETMƏKLƏ VƏ YA SAYTA DAXİL OLMAQLA SİZ BU HÜQUQİ BİLDİRİŞİ VƏ BÜTÜN MÜVAFİQ QANUN VƏ NORMALARI, O CÜMLƏDƏN QÜVVƏDƏ OLAN YERLİ QANUNLARI QƏBUL EDİR VƏ ONLARA RİAYƏT ETMƏYƏ RAZILIĞINIZI BİLDİRİRSİNİZ. BU HÜQUQİ BİLDİRİŞLƏ RAZI DEYİLSİNİZSƏ, SAYTDAN İSTİFADƏ ETMƏMƏLİ VƏ YA SAYTA DAXİL OLMAMALISINIZ.

 

2. SAYT ÜZƏRİNDƏ MÜLKİYYƏT HÜQUQU VƏ ƏQLİ MÜLKİYYƏT

Sayt, eləcə də onun məzmunu, xüsusiyyətləri, funksional imkanları (o cümlədən, lakin qeyd edilənlər ilə məhdudlaşmadan, bütün informasiya, proqram təminatı, mətn, görüntülər, şəkillər, video və audio, habelə onların dizaynı, seçimi və tərtibatı), eləcə də Saytla əlaqədar olaraq sizə təklif etdiyimiz bütün informasiya, məhsullar və xidmətlər (birlikdə “Kontent”) beynəlxalq konvensiyalara və qüvvədə olan yerli qanunlara, o cümlədən ABŞ qanunlarına və digər qanunlara uyğun olaraq müvafiq müəllif hüquqları, ticarət nişanları və digər mülkiyyət hüquqları (o cümlədən, lakin qeyd edilənlər ilə məhdudlaşmadan, əqli mülkiyyət hüquqları) ilə qorunur. Sayt və Kontent bizim mülkiyyətimiz və/və ya müvafiq üçüncü tərəf lisenziarların mülkiyyətidir və Sayt və Kontentlə əlaqədar bütün hüquqlar, mülkiyyət hüququ və maraqlar bizə və ya həmin üçüncü tərəf lisenziarlara məxsus olaraq qalacaq. Loqolarımız, səhifə başlıqları, xüsusi qrafika və digər nişanlar xidmət nişanlarımız, ticarət nişanlarımız, qeydiyyatdan keçmiş xidmət nişanlarımız və ya qeydiyyatdan keçmiş ticarət nişanlarımızdır. Saytda və ya Kontentdə qeyd olunan bütün digər məhsullar, adlar və şirkət loqoları onların müvafiq sahiblərinin ticarət nişanlarıdır.

Bu Hüquqi bildiriş sizə Saytdan yalnız şəxsi məqsədləriniz və digər qeyri-kommersiya məqsədləri üçün istifadə etməyinizə icazə verir. Siz Sayt və ya hər hansı Kontent üzərində mülkiyyət hüquqlarını əldə etmirsiniz. Bu Hüquqi bildiriş sizə Şirkətin və ya müvafiq əqli mülkiyyət sahiblərinin istənilən patenti, ticarət nişanı, xidmət nişanı, müəllif hüququ, kommersiya sirri və ya digər əqli mülkiyyət hüququ ilə əlaqədar (aydın şəkildə ifadə olunmuş və ya nəzərdə tutulan) heç bir hüquq, mülkiyyət hüququ, iştirak payı, lisenziya vermir.

 

3. RƏYLƏR / İSTİFADƏÇİ KONTENTİ

Bizə Sayt və ya Kontent barədə şərhlər, xəta hesabatları, rəy və ya təklif etdiyiniz dəyişiklikləri (birlikdə “Rəylər”) təqdim etdiyiniz təqdirdə, həmin Rəylərdən öz mülahizəmizə uyğun olaraq istifadə etmək, o cümlədən, lakin qeyd edilənlər ilə məhdudlaşmadan, həmin Rəyləri Saytda tətbiq etmək, habelə həmin Rəylər ilə əlaqədar hüquq və öhdəlikləri ötürmək, onları lisenziyalaşdırmaq və ya onlardan başqa şəkildə istifadə etmək hüququmuz var. Sayta istənilən məqalə, sorğu cavabı, tədris proqramı, xəbər, informasiya, sual, təklif, təqdimat və ya digər material (“İstifadəçi kontenti”) təqdim etməklə, yükləməklə və ya göndərməklə siz bəyan edir və zəmanət verirsiniz ki, həmin İstifadəçi kontentini təqdim etmək, yükləmək və ya göndərmək üçün lazım olan bütün hüquqlara sahibsiniz və ya maliksiniz və həmin İstifadəçi kontentindən təyinatı üzrə istifadə etmək üçün bizə məhdudiyyətsiz lisenziya verirsiniz.

 

4. SAYTDAN İSTİFADƏ

Siz Saytlarımızdan yalnız qanuni məqsədlər üçün istifadə edə bilərsiniz. Siz Saytımızdan: 

  • in any way that breaches any applicable law or regulation; or
  • in any way that is unlawful or fraudulent, or has any unlawful or fraudulent purpose or effect; or
  • to transmit, or procure the sending of, any unsolicited or unauthorized advertising or promotional material or any other form of similar solicitation (spam); or
  • to knowingly transmit any data, send or upload any material that contains viruses, Trojan horses, spyware, adware or any other harmful programs or similar computer code designed to adversely affect or otherwise jeopardize the operation of any computer software or hardware or the Site.

Siz Sayta, Saytımızın saxlandığı serverə və ya Sayta qoşulmuş istənilən serverə, kompüterə və ya məlumatlar bazasına icazəsiz giriş imkanı əldə etməyə cəhd etməməlisiniz.

Siz həmçinin bu Hüquqi bildirişin şərtlərini pozaraq Saytımızın hər hansı hissəsini təkrarlamamağa, dublikatını və surətini çıxartmamağa və ya satmamağa razılığınızı bildirirsiniz. Qeyd olunanlara bizim əvvəlcədən yazılı razılığımız olmadan Saytın istənilən Kontentinin və ya digər aspektinin istənilən kommersiya məqsədləri üçün təkrar istehsal edilməsi, təkrar yayılması, təkrar nəşr edilməsi, surətinin çıxarılması, nümayiş etdirilməsi, satılması, icarəyə verilməsi, sublisenziyalaşdırılması, alqı-satqısı və ya təkrar satışının qadağan olunması daxildir (konkret və açıq olaraq təkrar yayılma üçün təqdim olunan Kontent istisna olmaqla).

Saytımızdakı və ya Saytımızda göstərilən fotoşəkillər və ya təsvirlərin üzərindəki hər hansı ticarət nişanını və ya müəllif hüququ haqqında bildirişi silməyə icazəniz yoxdur.

Bu Hüquqi bildirişlə əlaqədar öhdəliklərinizin istənilən şəkildə pozulmasına və istənilən bu cür pozuntunun nəticələrinə (o cümlədən, məruz qala biləcəyiniz istənilən zərər və ya ziyana) görə yalnız siz cavabdehsiniz (biz isə sizin qarşınızda və ya hər hansı üçüncü tərəf qarşısında heç bir cavabdehlik daşımırıq).

 

5. HAQQINIZDA VƏ SAYTA ZİYARƏTLƏRİNİZ HAQQINDA MƏLUMAT

Sayt vasitəsilə topladığımız fərdi məlumatlar bu Saytda yerləşdirilmiş Veb-saytımızın məxfilik siyasəti ilə tənzimlənir. Saytdan istifadə etməklə siz Veb-saytın məxfilik siyasətinə uyğun olaraq məlumatlarınızla əlaqədar bütün hərəkətlərimizə razılığınızı bildirirsiniz.

 

6. ƏLÇATANLIQ; DÜZƏLİŞLƏR; YERLƏŞDİRİLMİŞ İNFORMASİYANIN ETİBARLILIĞI

Saytda və ya Sayt vasitəsilə təqdim olunan informasiya, o cümlədən Kontent, yalnız ümumi məlumatlandırma məqsədləri üçün verilir. Biz istənilən zaman sizə bildirməklə və ya bildirmədən Sayta dəyişiklik etmək və ya Saytın fəaliyyətini dayandırmaq hüququnu özümüzdə saxlayırıq. Biz Sayta giriş imkanının davamlı, fasiləsiz və ya təhlükəsiz olacağına zəmanət vermirik. Saytın işləməsinə bizdən asılı olmayan çoxsaylı amillər və ya hallar və ya təbii fəlakətlər müdaxilə və ya mənfi təsir edə bilər.

Biz Saytdakı informasiyanı yeniləmək üçün ağlabatan səylər göstəririk, Kontent isə əvvəlcədən bildirilmədən dəyişdirilə bilər. Lakin, biz Saytı və ya Kontenti yeniləmək barədə heç bir öhdəlik götürmürük. Kontent və Saytda texniki, çap və ya fotoqrafik səhvlər ola bilər.

Biz Saytın və ya Kontentin dəqiq, tam və ya faydalı olmasına zəmanət vermirik. Bu Saytda göstərilən məhsulların təfərrüatları, təsvirlər və ya spesifikasiyalar məcburi xarakter daşımır və yalnız istinad üçündür. Bu cür informasiyaya etibar etməyiniz ilə əlaqədar istənilən risk yalnız öz üzərinizdədir. Biz sizin və ya Saytın istənilən digər ziyarətçisinin bu cür materiallara etibar etməsindən irəli gələn istənilən məsuliyyət və cavabdehlikdən imtina edirik.

Saytda təqdim olunan informasiya ilə əlaqədar suallarınız olduqda bu Hüquqi bildirişin sonundakı “Əlaqə məlumatı” bölməsində verilmiş məlumatlardan istifadə edərək bizimlə əlaqə saxlamağınızı xahiş edirik.

 

7. SAYTA İSTİNAD LİNKLƏRİ 

Siz Saytın ana səhifəsinə istinad linki verə bilərsiniz, belə şərtlə ki, bunu ədalətli və qanuni şəkildə etməlisiniz; lakin siz aydın ifadə olunmuş yazılı razılığımız olmadan tərəfimizdən hər hansı bir qarşılıqlı əlaqə, təsdiq və ya razılıq nəzərdə tutulacaq şəkildə istinad linki verməməlisiniz. 

 

8. SAYTDAN İSTİNAD LİNKLƏRİ; ÜÇÜNCÜ TƏRƏFLƏR

Bu Saytda digər İnternet saytlarına istinad linkləri ola bilər. Həmin saytlardan istifadəniz həmin saytların hər birində yerləşdirilən (əgər varsa) istifadə şərtləri ilə tənzimlənir. Biz Saytla əlaqəli bütün saytları yoxlamamışıq və həmin saytlardakı istənilən dəyişiklik və ya kontentə görə cavabdehlik və məsuliyyət daşımırıq. Hər hansı kontenti Sayta daxil etməyimiz həmin materialı və ya əlaqəli saytı və ya materialın və ya əlaqəli saytların sahibi olan və ya onları idarə edən şirkətləri təsdiq etdiyimizi bildirmir.

Bu Saytda üçüncü tərəflərin təqdim etdiyi kontent də ola bilər. Həmin materiallarda və təqdim etdiyimiz kontentdən başqa bütün kontentlərdə verilən bütün bəyanatlar və/ya ifadə olunan fikirlər yalnız həmin materialları təqdim edən fiziki və ya hüquqi şəxsin fikirləridir və onlara görə cavabdehliyi həmin fiziki və ya hüquqi şəxs daşıyır. Həmin materiallar mütləq şəkildə bizim fikirlərimizi əks etdirmir. Biz üçüncü tərəflərin təqdim etdiyi istənilən materialın məzmunu və ya dəqiqliyinə görə sizin qarşınızda və ya hər hansı üçüncü tərəf qarşısında cavabdehlik və ya məsuliyyət daşımırıq.

 

9. ZƏMANƏT / MƏSULİYYƏTDƏN İMTİNA

(a) SAYT VƏ KONTENT “FAKTIKI VƏZİYYƏTƏ UYĞUN” VƏ “OLDUĞU KİMİ”, HƏR HANSI NÖV ZƏMANƏT VƏ YA BƏYANAT OLMADAN TƏQDİM EDİLİR. BİZ KONKRET MƏQSƏDƏ UYĞUNLUQ, KOMMERSİYA YARARLILIĞI DA DAXİL OLMAQLA, AYDIN ŞƏKİLDƏ İFADƏ OLUNMUŞ VƏ YA NƏZƏRDƏ TUTULAN İSTƏNİLƏN ZƏMANƏT VƏ YA BƏYANATLARDAN QANUNVERİCİLİYİN İCAZƏ VERDİYİ MAKSİMUM DƏRƏCƏDƏ İMTİNA EDİR VƏ ONLARI İSTİSNA EDİRİK.

(b) KONKRET OLARAQ, BİZ (I) BU SAYTDA YERLƏŞDİRİLMİŞ KONTENTİN, İNFORMASİYANIN VƏ MƏHSUL TƏFƏRRÜATLARININ VAXTLI VAXTINDA OLMASI, DƏQİQLİYİ, KEYFİYYƏTİ, TAMLIĞI VƏ MÖVCUDLUĞUNA DAİR; (II) SAYTIN TEXNİKİ CƏHƏTDƏN ƏLÇATANLIĞI, YARARLILIĞI VƏ YA QÜSURSUZLUĞUNA DAİR VƏ/YA (III) SAYTDA YERLƏŞDİRİLMİŞ KONTENTDƏN VƏ İNFORMASİYADAN İSTİFADƏNİZİN ÜÇÜNCÜ ŞƏXSLƏRİN HÜQUQLARINI POZMAYACAĞI BARƏDƏ AYDIN ŞƏKİLDƏ İFADƏ OLUNMUŞ VƏ YA NƏZƏRDƏ TUTULAN HEÇ BİR ZƏMANƏT VƏ YA BƏYANAT VERMİRİK. 

(c) QANUNVERİCİLİKLƏ NƏZƏRDƏ TUTULMUŞ MAKSİMUM DƏRƏCƏDƏ OLMAQLA, BİZ, SAYTDAN VƏ YA SAYT VASİTƏSİLƏ ƏLDƏ ETDİYİNİZ İSTƏNİLƏN XİDMƏTLƏRDƏN VƏ YA MƏHSULLARDAN İSTİFADƏ ETDİYİNİZƏ VƏ YA SAYTDA VƏ YA ONUNLA ƏLAQƏLİ OLAN İSTƏNİLƏN SAYTDA YERLƏŞDİRİLMİŞ İSTƏNİLƏN KONTENTİ YÜKLƏDİYİNİZƏ GÖRƏ KOMPÜTER AVADANLIĞINIZA, KOMPÜTER PROQRAMLARINIZA, MƏLUMATLARINIZA VƏ YA DİGƏR XÜSUSİ MATERİALLARINIZA MƏNFİ TƏSİR GÖSTƏRƏ BİLƏN PAYLANMIŞ “XİDMƏTDƏN İMTİNA” HÜCUMU, ZORLA PUL TƏLƏB EDƏN PROQRAM, VİRUSLAR VƏ TEXNOLOJİ CƏHƏTDƏN ZƏRƏRLİ OLAN DİGƏR MATERİALLARIN SƏBƏB OLDUĞU HƏR HANSI ZƏRƏR VƏ YA ZİYANA GÖRƏ MƏSULİYYƏT DAŞIMAYACAĞIQ.

(d) HEÇ BİR HALDA BİZ SAYTA GİRİŞ VƏ YA ONDAN İSTİFADƏYƏ GÖRƏ VƏ YA ONUNLA ƏLAQƏDAR OLARAQ DƏYƏN ZİYANA, O CÜMLƏDƏN: (A) ƏLAQƏDAR, TƏSADÜFİ, DOLAYI, CƏZA XARAKTERLİ, XÜSUSİ, ARTIRILMIŞ VƏ YA CƏRİMƏ XARAKTERLİ ZİYANA; (B) XƏRCLƏRİN ARTMASI, DƏYƏRİN AZALMASI VƏ YA BİZNES, İSTEHSAL İMKANLARI, GƏLİRLƏR VƏ YA MƏNFƏƏTİN İTİRİLMƏSİNƏ; (C) İŞGÜZAR REPUTASİYA VƏ YA NÜFUZUN İTİRİLMƏSİNƏ; (D) İSTƏNİLƏN MƏLUMATLARIN İSTİFADƏSİ, İSTİFADƏ EDİLƏ BİLMƏMƏSİ, İTİRİLMƏSİ, POZULMASI, GECİKMƏSİ VƏ YA BƏRPASI YAXUD MƏLUMAT VƏ YA SİSTEM TƏHLÜKƏSİZLİYİNİN POZULMASINA; VƏ YA (E) MALLAR VƏ YA XİDMƏTLƏRİN ƏVƏZ EDİLMƏSİ XƏRCLƏRİNƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMAYACAĞIQ (HƏR BİR HALDA HƏMİN ZƏRƏR VƏ YA ZİYANIN MÜMKÜNLÜYÜ BARƏDƏ BİZƏ MƏLUMAT VERİLMƏSİNDƏN VƏ YA HƏMİN ZƏRƏR VƏ YA ZİYANIN BAŞQA CÜR PROQNOZLAŞDIRILA BİLMƏSİNDƏN ASILI OLMAYARAQ).

(e) YUXARIDA QEYD OLUNANLAR QÜVVƏDƏ OLAN QANUNVERİCİLİYƏ ƏSASƏN İSTİSNA EDİLƏ VƏ YA MƏHDUDLAŞDIRILA BİLMƏYƏN HƏR HANSI MƏSULİYYƏTƏ TƏSİR ETMİR.

 

10. TƏTBİQ EDİLƏN QANUNVERİCİLİK VƏ YER

Sayt, Kontent və ya bu Hüquqi bildiriş ilə əlaqədar bütün məsələlər və onlardan irəli gələn və ya onlarla əlaqədar yaranan istənilən mübahisə və ya iddia (hər bir halda qeyri-müqavilə mübahisələri və ya iddiaları da daxil olmaqla) hər hansı hüquq seçimi və ya kollizion hüquq müddəası və ya qaydası tətbiq olunmadan, Franke şirkətinin qeydiyyat yerində (aşağıdakı “Əlaqə məlumatı” bölməsinə baxın) qüvvədə olan qanunlara uyğun olaraq tənzimlənir və şərh edilir.

Franke şirkətinin aşağıdakı “Əlaqə məlumatı” bölməsində göstərilən rəsmi fəaliyyət yerindəki adi mülki məhkəmələr bu Hüquqi bildirişdən irəli gələn bütün mübahisələr üzrə müstəsna yurisdiksiyaya malikdir və bu Hüquqi bildirişin şərtlərinin yerinə yetirilməsi yeri, sizin razılıq bildirdiyiniz kimi, Franke şirkətinin aşağıdakı “Əlaqə məlumatı” bölməsində göstərilən rəsmi fəaliyyət yeridir.

 

11. POZUNTUNUN NƏTİCƏLƏRİ

Bu Veb-saytın Hüquqi bildiriş şərtlərini pozduğunuzu öyrəndiyimiz təqdirdə dərhal təshihedici tədbirlər görə, o cümlədən, Saytdan və təklif olunan xidmətlərdən istifadə etməyinizin qarşısını ala və Saytlarda yerləşdirdiyiniz istənilən informasiya, məlumat və kontenti istənilən zaman və əvvəlcədən bildirmədən silə bilərik. Yol verdiyiniz pozuntu nəticəsində bizə ziyan dəydiyi təqdirdə biz, öz mülahizəmizə əsasən, dəymiş ziyanın əvəzinin ödənilməsini sizdən tələb edə bilərik.

 

12. HÜQUQİ BİLDİRİŞ DƏYİŞƏ BİLƏR

Biz bu Hüquqi bildirişi öz mülahizəmizə əsasən vaxtaşırı olaraq dəyişdirə bilərik. Bu Hüquqi bildirişə edilən istənilən dəyişiklik bu Hüquqi bildirişin yuxarısında qeyd olunan “Son yenilənmə” tarixindən etibarən qüvvəyə minir. Saytdan istifadəyə davam etməyiniz bu Hüquqi bildirişi, o cümlədən edə biləcəyimiz istənilən dəyişiklik və ya düzəlişləri məcburi şəkildə qəbul etdiyinizi bildirir. Bu Şərtlərin hər hansı bir hissəsini və ya bu Şərtlərə gələcəkdə ediləcək istənilən dəyişiklikləri məqbul hesab etmədiyiniz təqdirdə Saytdan istifadə etməməli və ya ona daxil olmamalısınız.

 

13. ƏLAQƏ MƏLUMATI

Saytla əlaqədar bütün rəylər, şərhlər, texniki dəstək üçün sorğular və digər kommunikasiyalar veb-saytda nişanı yerləşdirilmiş müvafiq Franke şirkətinə yönəldilməlidir, bura klikləyin. Bundan başqa, Saytımızda təqdim olunan istənilən Əlaqə forması vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.  

 

Son yenilənmə tarixi: 1 sentyabr 2022-ci il