MƏXFİLİK VƏ COOKIE FAYLLARININ İDARƏEDİLMƏSİ SİYASƏTİ

FRANKE Holding AG və onun törəmə şirkətləri (bundan sonra birgə “FRANKE”, “Şirkət”, “biz”, və ya “bizi” adlandırılacaq) Sizin məxfiliyinizin mühafizəsi prinsipinə möhkəm sadiqdir. FRANKE Sizin məhsulumuza və saytımıza olan marağınızı qiymətləndirir. Sizin məxfiliyiniz bizim üçün vacibdir və istəyirik ki, veb-saytımızı ziyarət edərkən Siz özünüzü rahat hiss edəsiniz. Saytlarımızı ziyarət zamanı toplanılmış fərdi məlumatlar hüquqi müddəalara əsasən işlənilir. Hazırki “Məxfilik Siyasətində” (“Məxfilik Siyasəti”) təhlükəsizlik tədbirlərimiz haqqında Sizi məlumatlandırmaq istərdik.

1. NƏZARƏTÇİ

“İnformasiya Mühafizəsinə dair Ümumi Reqlament” (“GDPR”) və ya digər tətbiq olunan istənilən qanun qismində çıxış edən Nəzarətçi Franke şirkətidir. Veb-saytın çıxış məlumatlarında onun haqda məlumat əks edilmişdir.

2. FƏRDİ MƏLUMATLAR

Fərdi məlumatlar – eyniləşdirilmiş və ya eyniləşdirilən fiziki şəxsə aid istənilən məlumat; eyniləşdirilən şəxs - birbaşa və ya dolayısı ilə eyniləşdirilə bilən istənilən fiziki şəxs deməkdir. Bu eyniləşdirmə xüsusilə də həmin fiziki şəxsin fiziki, fizioloji, psixoloji, iqtisadi, mədəni və sosial identikliyini ifadə edən eyniləşdirmə nömrəsi, yerləşdiyi yerə dair məlumatlar, onlayn eyniləşdirici və ya bir və və ya bir neçə xüsusi funksiya kimi eyniləşdiricilər ilə assosiasiya yolu ilə aparıla bilər. Bura Sizin adınız və soyadınız, ünvanınız və ya elektron poçt ünvanınız, telefon nömrəniz və ya təvəllüdünüz kimi məlumatlar daxildir. Fərdi məlumatlar istənilən şəkildə təqdim oluna bilər (məsələn, kağız daşıyıcıda, elektron formatda, video və audio formatda). FRANKE şirkəti işlənilən bütün fərdi məlumatların ədalətli və qanuni olaraq işlənilməsinin təmin edilməsi üçün zəruri tədbirləri qəbul etməyi öz öhdəsinə götürür. Fərdi məlumatlara girişi olan bütün əməkdaşlarımız, məlumat emal edənlərimiz və kənar xidmət təchizatçılarımız fərdi məlumatların məxfiliyinə və hazırki Məxfilik Siyasətinə riayət etməyə borcludurlar. Biz fərdi məlumatlarınızı yalnız Siz onları bizə sadalanan bu hallarda təqdim etdiyiniz zaman toplayırıq: məhsul və ya xidmətləri sifariş etdiyiniz, sorğu göndərdiyiniz, sifariş edilən məhsullara dair sorğu göndərdiyiniz zaman və məlumatlarınızı bizə təqdim etməyə qərar verdiyiniz digər analoji hallarda qeydiyyat vasitəsilə, formaların və ya elektron poçt məlumatlarının doldurulması yolu ilə.

Məlumat bazası və onun tərkib hissəsi FRANKE-də və ya bizim adımızdan fəaliyyət göstərən və qarşımızda məsuliyyət daşıyan məlumat emal edənlərdə və serverlərdə saxlanılır.

Biz təqdim etdiyiniz istənilən fərdi məlumatların istifadəsinə görə məsuliyyət daşıyır və onlara nəzarət edirik. Bu məlumatların bəziləri ABŞ kimi digər yurisdiksiyalarda yerləşən kompüterlərdə saxlanıla və ya işlənilə bilər. Məlumatların mühafizəsinə dair həmin yurisdiksiyaların qanunları sizin yaşadığınız ölkənin yurisdiksiya qanunlarından fərqlənə bilər. Belə hallarda biz həmin ölkənin məlumat emal edəninin məlumatların mühafizəsini sizin yaşadığınız ölkədə tətbiq olunan məlumatların mühafizəsi qaydalarına əsasən təmin etməsinə dair müvafiq mühafizə vasitələrinin mövcudluğuna zəmanət veririk.

3. FƏRDİ MƏLUMATLARIN TOPLANILMASI VƏ İŞLƏNİLMƏSİ — HÜQUQİ ƏSAS

Siz saytımızdan öz məlumatlarınızı təqdim etmədən istifadə edə bilərsiniz. Yalnız Sizə məhsul çatdırılma və ya xidmət göstərilmə zərurəti yarandığı və ya sorğunuza əsasən veb-saytımız ilə əlaqə saxlamaq istədiyiniz hallar istisna olmaqla, veb-saytımızdan istifadə şərtləri üçün şəxsi məlumatlarınızı təqdim etməyə borclu deyilsiniz. Fərdi məlumatlarınızın saytımızda necə toplanılması, işlənilməsi və istifadə olunması aşağıda əks olunmuşdur:

a)    Veb-saytımızı ziyarət etdiyiniz zaman məlumatlar

Veb-saytımızdan istifadə etdiyiniz zaman saytımız ilə ünsiyyət yarada bilməyiniz üçün və ya xətalı daxil olmanın qarşısının alınması, eləcə də nasazlığın aradan qaldırılması və ya testləşdirmə kimi təhlükəsizlik məqsədləri ilə məlumatlarınız işlənə bilər. Topladığımız məlumatlara Sizin internet provayderinizin adı, bizim veb-sayta keçid etdiyiniz veb-saytın adı, ziyarətinizin tarixi və vaxtı, bizim veb-saytdan keçid etdiyiniz veb-saytlar və Sizin IP-ünvanınız daxil ola bilər. Bu işlənmə bizim xidmətlərin göstərilməsi üçün zəruridir və ya ismarışların emal olunmasına dair bizim qanuni maraqlarımıza əsaslanmaqdadır. Biz bunun Sizin marağınızda olmasına güman edirik, çünki bu əlaqə olmadan veb-sayt əks oluna bilməz. Siz istənilən vaxt heç bir səbəb izah etmədən məlumatlarınızın işlənməsindən imtina edə bilərsiniz və bu imtina gələcəkdə nəzərə alınacaqdır. Lakin qeyd etmək istərdik ki, texniki səbəblərdən dolayı veb-saytın ayrı-ayrı istifadəçiləri üçün və ya bütövlüklə veb-sayt üzrə məlumatların emal olunmasını dayandırmaq mümkün olmadığına görə məlumatlarınızın işlənməsinə dair imtina sorğusu verdiyinizdən sonra belə Sizin fərdi məlumatlarınızın emalı davam edə bilər. Beləliklə, Sizin maraqlarınıza, hüquq və azadlığınıza baxmayaraq məlumatlarınızın işlənməsi üçün inandırıcı əsaslar mövcuddur. Əgər Siz yuxarıda əks olunan işlənmənin qarşısını almaq istəyirsinizsə, o zaman sadəcə veb-saytımızı ziyarət etməyin. Yalnız təhlükəsizlik ilə bağlı nasazlıq sənədləşmənin öyrənilməsi məqsədilə məlumatların daha uzunmüddətli saxlanmasını tələb etmədiyi halda, həmin məlumatlarınız seans bitdikdən sonra silinir.

b)    Müştərinin hesabının ayarlanmasına dair məlumatlar

Saytımızda müştəri hesabı yaratdığınız halda təqdim etdiyiniz fərdi məlumatlarınız (məsələn, adınız, ünvanınız, elektron poçt ünvanınız, telefonunuz, giriş adınız və məlumatlarınız) FRANKE müştərilərin məlumat bazasında saxlanılacaq və emal olunacaqdır. Bu məlumatlar müqavilənin və müqaviləqabağı tədbirlərin icra olunması üçün işlənilir. Siz istənilən zaman aşağıda göstərilən əlaqə ünvanı ilə bizimlə əlaqə saxlamaqla heç bir səbəb izah etmədən müştərinizin hesabını deaktiv edə və/və ya gələcəkdə bu məqsədlə öz fərdi məlumatlarınızın sonrakı saxlanmasından və istifadə olunmasından imtina edə bilərsiniz. İşlənmədən imtina etdiyiniz təqdirdə, biz dərhal sizin fərdi məlumatlarınızı siləcəyik. Müştəri hesabını deaktiv etdiyiniz təqdirdə, biz həmçinin Sizin hesabınızı da siləcəyik.

c)    Əlaqə forması və ya elektron poçt ünvanı vasitəsilə təqdim etdiyiniz məlumatlar

Bizə müraciət etdiyiniz zaman (məsələn, əlaqə forması və elektron poçt vasitəsilə) əlaqə formasında təqdim etdiyiniz fərdi məlumatlarınız FRANKE tərəfindən saxlanılacaq və işlənəcəkdir. Əlaqə formasında hansı məlumatların əks olunması müvafiq əlaqə formasında göstərilmişdir. Bu məlumatlar yalnız sizin sorğunuzu cavablandırmaq və/və ya əlaqə yaratmaq, eləcə də müvafiq texniki inzibatçılıq üçün saxlanılır və istifadə olunur. Bu məlumatlar müqavilənin və müqaviləqabağı tədbirlərin icra olunması üçün və ya Sizin maraqlarınız qorunmaqla bizim qanuni maraqlarımız çərçivəsində işlənilir, çünki bu məlumatların işlənməsi bizim ümumi marağımızdadır.

Sorğunun işlənilməsi bitdikdən sonra biz yalnız qanunla müəyyən edilmiş qaydada müddət və ya nizamnamə məhdudiyyəti mövcud olduğu və ya məhkəmə iddiaları vermək, onları həyata keçirmək və ya qorumaq məqsədilə sonrakı saxlanma tələb olunduğu halda yazışma aparacağıq.

d)    Yeniliklərə abunəyə dair məlumatlar

Əgər bizim göndərilmə xidmətimizdə qeydiyyatdan keçsəniz, Sizin fərdi məlumatlarınız (məsələn, adınız, ünvanınız və elektron poçt ünvanınız) marketinq, reklam və irəliləmə məqsədlərilə FRANKE tərəfindən saxlanılacaq və işlənəcəkdir. Bu məlumatların işlənilməsi Sizin razılığınıza əsaslanır və ya müqavilənin icra olunması məqsədilə həyata keçirilir. Bu təqdirdə biz mütəmadi olaraq FRANKE-nin xidmətləri və məhsulları, təklifləri və ya hadisələri ilə bağlı məhsul və xidmətlər barədə Sizə reklam məlumatları göndərəcəyik. Siz gələcəkdə istənilən vaxt heç bir səbəb izah etmədən aşağıda göstərilən əlaqə ünvanı ilə bizimlə əlaqə saxlamaqla və ya göndərilmədə göstərilən abunəliyin ləğvi funksiyasının köməyi ilə abunəliyi ləğv etməklə bu cür göndərişləri almaqdan imtina edə bilərsiniz. Abunəlikdən imtina etdiyiniz andan dərhal sonra Sizin elektron poçt ünvanınız bizim yeniliklərin göndərilməsi siyahısından silinəcəkdir (saxlanılmasına bizim qanuni hüququmuz olan məlumat bazamızdakı nüsxə istisna olmaqla), odur ki, Sizə heç bir göndərilmənin daxil olmayacağına zəmanət veririk.

e)    Məlumatın açıqlanması

Biz hazırki Məxfilik Siyasətinə və digər əqdlərə riayət olunmasının və ya onların tətbiq edilməsinin təmin edilməsi məqsədilə və ya FRANKE-yə, bizim müştərilərimizə və ya digər şəxslərə məxsus hüquqların, mülkiyyətin və ya təhlükəsizliyin müdafiəsi məqsədilə Sizin məxfi məlumatlarınızı üçüncü şəxslərə açıqlaya bilərik. Bura fırıldaqçılıqdan və kredit riskinin azalmasından və ya sifariş edilən məhsullara görə ödənişlərin işlənməsi üçün bizim internet-mağazada bank institutu tərəfindən təklif olunan ödəniş servisi vasitəsilə qorunmaq məqsədilə digər şirkətlər və təşkilatlar ilə məlumat mübadiləsi daxildir. Hər hansı qanun və ya qərar bunu tələb etdiyi halda, biz həmçinin dövlət, eləcə də tənzimləyici və hakimiyyət orqanlarına Sizin şəxsi məlumatları təqdim edə bilərik. Hüquqi öhdəliklərə riayət olunması və ya cəmiyyətin xeyrinə həyata keçirilən tapşırığın icrası məqsədilə və ya bizim hüquqi maraqlarımıza və ya üçüncü şəxslərin maraqlarına əsaslandığı halda bu cür məlumat açıqlanmasına zərurət yarana bilər. Sonuncu halda Sizin bu cür istifadəyə etirazınızı bildirmək hüququnuz var, lakin Sizin maraqlarınızı, hüquqlarınızı və azadlığınızı etibarsız edəcək inandırıcı qanuni əsaslarımız mövcuddursa; və ya əgər bu cür hal hüquqi tələblər irəli sürmək və ya müdafiəni həyata keçirmək üçün tələb olunursa, o zaman biz məlumatlarınızın işlənilməsini həyata keçirə bilərik.

4. COOKIES FAYLLARINDAN İSTİFADƏ

Bu veb-saytda “Cookies” faylları istifadə olunur. Cookies – brauzeriniz vasitəsilə Sizin sərt diskinizdə yaddaşa verilən kiçik mətn fayllarıdır. Bu cookies faylları (öz qüvvədə olma müddətindən asılı olaraq) saytımızı növbəti dəfə ziyarət etdiyiniz zaman bizə ötürülə bilən müəyyən məlumatı (məsələn, istifadə etdiyiniz dili və ya sayt ayarlarını) yaddaşda saxlayırlar. Veb-saytdan istifadə etdiyiniz zaman Cookies fayllarını qəbul etməyiniz zəruri deyil. Lakin bu halda veb-saytda müəyyən sahələr və funksiyalar ola bilər ki, Siz onlardan istifadə edə bilməyəsiniz. Biz Cookies fayllarından ya öz veb-saytımızın servisini təqdim etmək məqsədilə, ya da ki, Siz cookie bannerimizi qəbul etməklə Cookies fayllarından istifadə etməyə razılıq verdiyiniz halda istifadə edirik. Əgər Siz bu veb-saytda Cookies fayllarından istifadə etməyi qəbul etmirsinizsə, o zaman brauzerinizin ayarlarını dəyişin (aşağıda göstərildiyi kimi) və ya veb-saytdan istifadəni dayandırın.

Biz iki Cookies kateqoriyasından istifadə edirik: (i) texniki məqsədlər üçün nəzərdə tutulmuş Cookies faylları, hansılar ki, mövcud olmadan bizim veb-saytın funksionallığı məhdudlaşacaqdır (bunlar seans Cookie faylları adlanır) və (ii) əlavə Cookies faylları (zəruri olmayan Cookie faylları):

Seans Cookies faylları:

Cookie faylı

Təsviri

Qüvvədə olma müddəti

franke_language

Cookie faylı istifadəçi tərəfindən seçilmiş dili ifadə edir

12 months

franke_cookie_settings_1.0

Bu xidmətlərin sorğusu üçün nəzərdə tutulmuş olduqca zəruri olan cookie fayllarıdır.
Bu cookie faylları Sizin qəbul etmək istədiyiniz və istəmədiyiniz cookie fayllarının ayarlarının yaddaşa verilməsi üçün istifadə olunur.

12 months

JSESSIONID

Franke Session Cookie; Seansın eyniləşdirilməsi üçün istifadə olunur.

Session

login-token

Cookie Franke Session; bu fayllarda vahid giriş texnologiyası tokenləri saxlanılır

Session

.AspNet.ApplicationCookie

Autentifikasiya cookie faylı. Təqbiqə hazırki istifadəçinin həqiqiliyini və autentifikasiyadan keçdiyini yoxlamağa imkan yaradan tokeni ifadə edir. 

Session

saml_request_path

Uğurlu autentifikasiyadan sonra yönləndirilmənin təyinatını ifadə edir

Session

Zəruri olmayan cookie faylları:

Biz özümüz məhsuldarlıq göstəricilərindən və ya digər zəruri olmayan cookie fayllarından istifadə etmirik. Lakin bəzən biz, analitik məqsədlər üçün üçüncü şəxslərin proqram təminatından istifadə edirik, hansılar ki, onların (üçüncü şəxslərin) cookie fayllarının istifadəsini tələb edir. Biz istifadəçilərin saytlarımıza yerləşdirdiyi rəylərin təhlili və reklam kampaniyalarımızın səmərəliliyi (o cümlədən, səhifənin neçə dəfə ziyarət edildiyi və hansı məlumata dair müraciət olunduğu), eləcə də həmin veb-saytdan istifadənizin qiymətləndirilməsi üçün bu texnologiyadan istifadə edirik. Kənar tərəfdaş və ya veb-analitik servis tərəfdaşı Sizin razılığınız ilə internet-teqlərdən/cookie fayllarından istifadə etməklə haqqınızda bizim və digər saytların ziyarəti ilə bağlı məlumatları toplaya, veb-saytın aktivliyi haqqında bizim üçün hesabatlar hazırlaya və veb-saytın İnternet şəbəkəsind istifadəsi ilə bağlı əlavə xidmətləri təqdim edə bilərlər. Aşağıda həmin cookie faylları haqqında və Sizin istənilən vaxt öz razılığınızdan və həmin faylların istifadəsindən imtina edə biləcəyiniz haqda məlumat əks olunmuşdur.

4.1. GOOGLE ANALYTICS İSTİFADƏSİ

Saytımız Google Inc, 1600, Amphitheatre Parkway Mountain View, CA 94043, ABŞ ("Google") şirkətinə məxsus olan Google Analytics veb-təhlil xidmətindən istifadə edir. Google Analytics kompüterin yadaşında saxlanılan və veb-saytdan istifadəni təhlil etməyə imkan yaradan “cookies” və mətn fayllarından istifadə edir. Bizim saytımızdan istifadə ilə bağlı Google şirkəti tərəfindən toplanılan məlumat (məsələn, ziyarət etdiyiniz veb-saytlar və səhifələr, brauzerinizin növü, dil ayarları, əməliyyat sistemi məlumatlarınız, ekranın ölçüsü) Google şirkətinin ABŞ-da yerləşən serverinə ötürülür, orada isə məlumatların saxlanılması üçün yerləşdirilir və 50 ay müddət ərzində təhlil olunur; müvafiq nəticələr isə bizə anonim şəkildə təqdim olunur. Bu prosesdə Sizin istifadənizə dair məlumatlarınız IP-ünvanınızı tam olaraq əhatə etməyəcəkdir. Biz saytımızda Google tərəfindən təklif olunan IP-nin anonimliyi funksiyasını aktiv etmişik, odur ki, IP-ünvanınızın son 8 biti (IPv4 növü) və ya son 80 biti (IPv6 növü) silinəcəkdir. Bundan əlavə, Google Aİ-ABŞ arasında Məxfi Məlumatların Mübadiləsi Qaydaları Haqqında Saziş və İsveçrə-ABŞ arasında Məxfi Məlumatların Mübadiləsi Qaydaları Haqqında Sazişə uyğun olaraq sertifikatlaşdırılmış. 

Sizə şəxsləndirilmiş veb-sayt təqdim etmək məqsədilə biz yalnız Sizin öncədən razılığınıza və ya bizim qanuni marağımıza əsasən Google Analytics-dən istifadə edirik. Biz hesab edirik ki, maraqlı və unikal reklam yeniliklərini almaq Sizin də marağınızdadır. Beləliklə, Sizin maraqlarınıza, hüquq və azadlığınıza baxmayaraq məlumatlarınızın işlənməsi üçün inandırıcı əsaslar mövcuddur. Google Analytics-dən istifadəyə dair razılığınızdan necə imtina edə biləcəyiniz aşağıda göstərilmişdir:

Siz istənilən vaxt veb-təhlildən istifadə etmək razılığınızdan imtina edə bilərsiniz və ya bunu Google Brauzer üçün plagin yükləyib onu işə salmaqla edə bilərsiniz ki, nəticədə cookie-imtina faylı quraşdırılacaqdır və ya imtina üçün brauzerinizin proqram təminatında müvafiq ayarı seçə bilərsiniz. Yalnız o halda hər iki variant veb-təhlildən istifadənin qarşısını alacaqdır ki, əgər Siz plagin quraşdırdığınız brauzerdən istifadə edirsiniz və əgər Siz cookie-imtina faylını silirsiniz.

Əlavə məlumat almaq üçün lütfən bu saytlardan hər hansı birini ziyarət edin: https://www.google.com/analytics/terms/de.html və ya https://support.google.com/analytics/answer/6004245?hl=en.

4.2. GOOGLE-DA DOUBLECLICK

Məqsədli qrupu reklam etmək məqsədilə biz öz cookie faylları vasitəsilə bizim veb-saytların və reklam şəbəkəsinə daxil olan digər veb-saytların ziyarətinə dair məlumatları toplayan və qiymətləndirən Google şirkətinə məxsus DoubleClick reklam şəbəkəsindən istifadə edirik. Bu baxımdan adınız, ünvanınız və ya elektron poçt ünvanınız kimi Sizə məxsus heç bir fərdi məlumatlarınız qeydiyyata alınmayacaq və istifadə olunmayacaq. DoubleClick tərəfindən istifadə olunan cookie faylları yalnız cookie faylının quraşdırıldığı domen adından (ad.doubleclick.net), cookie faylının sabit istifadə müddətindən və müəyyən məqsədli qruplar üçün quraşdırılmış ifadədən ibarətdir. DoubleClick Google tərəfindən hər hansı bir cookie faylının quraşdırılmasını istəmirsinizsə və ya öz reklam istəklərinizi quraşdırmaq istəyirsinizsə, bu səhifəyə keçid edin: https://www.google.com/settings/ads/plugin.

Biz cookie banner vasitəsilə Sizin razılığınız əsasında DoubleClick-dən istifadə edirik. Siz istənilən vaxt razılığınızdan imtina edə və ya öz brauzerinizdə müvafiq ayarları seçə, öz brauzerinizin ayarlarında www.googleadservices.com domenində cookie fayllarını bloka sala və ya www.about-ads.info/choices saytını ziyarət etməklə müvafiq reklam yeniliklərini dayandıra bilərsiniz. Bundan əlavə, Siz https://www.google.com/settings/ads/plugin linkinə keçid etməklə DoubleClick-i deaktiv edə bilərsiniz.

4.3. GOOGLE ADWORDS

Biz öz reklamlarımızı üçüncü şəxslərin saytında yerləşdirmək məqsədilə Google AdWords-dən istifadə edirik. Biz bu xidmətdən Sizə şəxsləndirilmiş veb-sayt təqdim etmək məqsədilə istifadə edirik. Reklam yenilikləri “Reklam serverləri” üzərindən təqdim olunur. Biz reklam serverlərinin Cookie-fayllarından reklam yeniliklərinə baxışın və keçidlərin aşağı düşməsini ölçmək üçün istifadə edirik. Əgər Siz Google vasitəsilə bizim sayta keçid etsəniz, o zaman Google cookie faylını Sizin brauzerinizdə yerləşdirəcəkdir. Bu Cookie faylı 30 gün ərzində qüvvədə olacaqdır və o Sizin eyniləşdirilməniz üçün nəzərdə tutulmayıb. Google AdWords vasitəsilə FRANKE şəxsi məlumatları toplamır və saxlamır. Biz Google-dan yalnız hansı reklamın daha səmərəli olduğuna dair statistik qiymətləndirilməni əldə edirik. Əgər Sizin Google hesabınız varsa, ola bilsin ki, Google Sizin hesabınızda saytımızı ziyarətiniz haqda məlumatı qeydə ala bilər. Hətta əgər Google saytlarında qeydiyyatdan keçməmisinizsə, Google IP-ünvanınızı izləməklə Sizin məlumatlarınızı öz serverində saxlaya bilər.

Biz Google AdWords-dən yalnız cookie bannerimizi qəbul etdiyiniz zaman Sizin razılığınız əsasında istifadə edirik.

Siz öz brauzerinizin proqram təminatında müvafiq parametri seçməklə, öz brauzerinizin ayarlarında www.googleadservices.com domeni üzərindən və ya www.about-ads.info/choices saytı vasitəsilə cookie fayllarını bloka salmaqla istənilən vaxt Google AdWords-dən istifadəyə dair razılığınızdan imtina edə və müvafiq reklam yeniliklərini deaktiv edə bilərsiniz. Bundan əlavə, Siz https://www.google.com/settings/ads/plugin linkinə keçid etməklə Google AdWords-xidmətini deaktiv edə bilərsiniz.

4.4. GOOGLE DİNAMİK REMARKETİNQİ

Bundan əlavə, biz Google dinamik remarketinq funksiyasından istifadə edirik. Əgər Siz Google kontekst-media şəbəkəsinə aid digər veb-saytları ziyarət edirsinizsə, o zaman bu funksiya bizə imkan yaradır ki, Sizi maraqlarınıza uyğun şəxsiləndirilmiş reklam yeniliklərinə yönəldək.  Google Sizin saytımızdan istifadənizin təhlili üçün məqsədli reklamın əsasını təşkil edən cookie fayllarından istifadə edir.  Bu məqsədlə Google veb-saytımızı ziyarət etdiyiniz zaman seriya nömrələri olan kiçik həcmli faylı Sizin brauzerinizdə yaddaşa verir. Bu Google-a Sizin veb-saytdan istifadəniz haqda anonim məlumatı toplamağa imkan yaradır. Google Sizə dair heç bir şəxsi məlumatı saxlamır.  Əgər sonradan Google kontekst-media şəbəkəsinə aid digər veb-saytı ziyarət etsəniz, Sizə əvvəlcədən seçdiyiniz məlumatların və ya məhsulların əks olunacağının yüksək ehtimalı olan yeniliklər göstəriləcəkdir. Göstərilən linkdən Siz Google cookie fayllarının istifadəsinin həmişəlik dayandıra bilərsiniz: https://www.google.com/settings/ads/plugin. Bundan əlavə, Siz İnternet Şəbəkəsində Reklam Təşəbbüsünün deaktiv edilməsi saytını (http://www.networkadvertising.org/choices/) ziyarət edərək, orada göstərilən proqram təminatını quraşdırmaqla Google cookie fayllarını dayandıra bilərsiniz. Google Remarketinqi, eləcə də Google məxfiliyi haqqında ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz http://www.google.com/privacy/ads/.

Biz Google Dynamic Remarketing-dən yalnız cookie bannerimizi qəbul etdiyiniz zaman Sizin öncədən razılığınız əsasında istifadə edirik. Siz öz brauzerinizin proqram təminatında müvafiq parametri seçməklə və ya öz brauzerinizin ayarlarında www.googleadservices.com domeni vasitəsilə cookie fayllarını bloka salmaqla razılığınızdan imtina edə bilərsiniz.

4.5. FACEBOOK FƏRDİ AUDİTORİYALARI

Bundan əlavə bu sayt Facebook Inc., 1601 S. California Ave, Palo Alto, CA 94304 (“Facebook”) şirkətinin “Fərdi Auditoriyalar” funksiyasından istifadə edir. Əgər siz Facebook.com və ya Facebook şəbəkəsinə məxsus digər veb-saytları ziyarət edirsinizsə, o zaman bu funksionallıq Sizi maraqlarınıza uyğun şəxsiləndirilmiş reklam yeniliklərinə - Facebook reklam yeniliklərinə - yönləndirməkdə bizə imkan yaradır.  Bu məqsədlə Facebook veb-saytımızı ziyarət etdiyiniz zaman seriya nömrələri olan kiçik həcmli faylı Sizin brauzerinizdə yaddaşa verir. Bu Facebook-a Sizin veb-saytdan istifadəniz haqda anonim məlumatı toplamağa imkan yaradır. Əgər sonradan Facebook kontekst-media şəbəkəsinə aid digər veb-saytı ziyarət etsəniz, Sizə əvvəlcədən seçdiyiniz məlumatların və ya məhsulların əks olunacağının yüksək ehtimalı olan yeniliklər göstəriləcəkdir. Əgər Sizin Facebook hesabınız varsa, ola bilsin ki, Google Sizin hesabınızda saytımızı ziyarətiniz haqda məlumatı qeydə ala bilər. Hətta əgər Google saytlarında qeydiyyatdan keçməmisinizsə, Google IP-ünvanınızı izləməklə Sizin məlumatlarınızı öz serverində saxlaya bilər.

Bu deaktivasiya saytına daxil olmaqla Fərdi Auditoriyadan istifadəni ləğv edə bilərsiniz: http://www.youronlinechoices.eu/. Facebook-Fərdi Auditoriyası haqqında məlumatı isə bu linkdən əldə edə bilərsiniz: https://www.facebook.com/policies/cookies/

Sizə şəxsləndirilmiş veb-sayt təqdim etmək məqsədilə biz yalnız Sizin öncədən razılığınıza və ya bizim qanuni marağımıza əsasən Facebook Fərdi Auditoriyası-ndaən istifadə edirik. Biz hesab edirik ki, maraqlı və unikal reklam yeniliklərini almaq Sizin də marağınızdadır. Beləliklə, Sizin maraqlarınıza, hüquq və azadlığınıza baxmayaraq məlumatlarınızın işlənməsi üçün inandırıcı əsaslar mövcuddur. İstənilən vaxt bizə müraciət edərək məlumatlarınızın işlənilməsinə etiraz edə bilərsiniz.

Facebook-un məxfilik siyasəti ilə tanış olmaq üçün bu linkə keçid edin: http://de-de.facebook.com/policy.php.

4.6. FACEBOOK CONNECT

Facebook Connect giriş xidmətindən istifadə edərək saytımıza daxil ola bilərsiniz. Bu xidmət qeydiyyat formasını doldurarkən autentifikasiyanı və ad və elektron poçt ünvanı kimi müəyyən fərdi məlumatların təqdim edilməsini tələb edir. Facebook Connect kimi xidmətlər saytımızdakı profil səhifənizdə özünüz haqqında məlumatları yerləşdirmək və şəbəkədə bu məlumatları başqaları ilə bölüşmək imkanı yaradır.

Biz Facebook Connect-dən veb-saytımızın istifadəsini asanlaşdırmaq üçün qanuni maraqlarımızı nəzərə alaraq Facebooka verdiyiniz razılığınız əsasında istifadə edirik. Hesab edirik ki, saytımızın istifadəsinin sizin üçün də rahat olması marağınızdadır. Beləliklə, Sizin maraqlarınıza, hüquq və azadlığınıza baxmayaraq məlumatlarınızın işlənməsi üçün inandırıcı əsaslar mövcuddur. İstənilən vaxt bizə müraciət edərək məlumatlarınızın işlənilməsinə etiraz edə bilərsiniz.

4.7. İSTİFADƏÇİ SORĞUSU

Mütəmadi olaraq veb-saytımızda keçirilən istifadəçi sorğularında iştirak könüllüdür. İstifadəçi sorğularını keçirmək üçün funksional cookies fayllarından istifadə edirik. İstifadəçi sorğusu zamanı qeyd edilən texniki məlumatlar, istifadəçilərin veb-sayta daxil olduqları zaman qeyd etdikləri məlumatlarla eynilik təşkil edir (yuxarıya bax). İstifadəçi sorğularının keçirildiyi zaman göndərdiyiniz cavablar İP-ünvanı kimi fərdi məlumatlarınızla əlaqələndirilməyəcəkdir. 

5. ÜÇÜNCÜ ŞƏXSLƏRİN XİDMƏTLƏRİ VƏ YA SAYTIMIZIN KONTENTİ

Biz öz veb-saytımızda kənar xidmətlər və/və ya kontent təqdim edirik. Bu cür kənar xidmətlərdən istifadə etdiyinizdə və ya kənar Kontent əks olunduğunda, texniki səbəblərdən dolayı sizinlə müfaviq provayder arasında məlumat mübadiləsi yaranır. FRANKE nə veb-saytlarına, nə də bu veb-saytlar tərəfindən idarə edilən üçüncü şəxslərin məxfilik siyasətinə nəzarət etmir. Kənar veb-sayt təchizatçılarının məxfilik üsulları FRANKE-dən fərqlənə bilər, buna görə də üçüncü şəxslərin veb-saytlarına dair heç bir təminat verə bilmərik. Bu saytlara hər hansı fərdi məlumat göndərməzdən əvvəl həmin qaydalar ilə tanış olun.

Müvafiq xidmət təchizatçısı və ya konyent provayderi məlumatlarınızı öz əlavə məqsədləri üçün də işlədə bilər. Sahib olduğumuz məlumatları nəzərə alaraq, biz şəxsi məqsədləri üçün məlumatları işlədən provayderlərin xidmətini və kotentini ayarladıq, beləliklə, veb-saytımızda onların xidmətlərinin və ya kontentinin göstərməsindən başqa digər məqsədlər üçün istənilən ismarış bloka salınır və ismarış yalnız müvafiq servisdən istifadə etməyə qərar verdiyinizdə bərpa edilir. Lakin üçüncü şəxslər tərəfindən toplanan və işlənən məlumatları yoxlamadığımız üçün Sizin məlumatlarınızın bu cür işlənilməsinin miqyası və məqsədləri haqqında lazımı məlumatları təqdim edə bilmərik.

a)    Veb-saytlar:

Saytımız şəbəkəmizin tərəfdaşı olan veb-saytlarda, dilerlərdə, filiallarda və ya digər üçüncü tərəflərdə linklər yerləşdirə bilər. Linklərə daxil olduqdan sonra FRANKE avtomatik olaraq bağlanır. FRANKE nə veb-saytlarına, nə də bu veb-saytlar tərəfindən idarə edilən üçüncü şəxslərin məxfilik siyasətinə nəzarət etmir. Kənar veb-sayt təchizatçılarının məxfilik üsulları FRANKE-dən fərqlənə bilər, buna görə də üçüncü şəxslərin veb-saytlarına dair heç bir təminat verə bilmərik. Bu saytlara hər hansı fərdi məlumat göndərməzdən əvvəl həmin qaydalar ilə tanış olun.

b)    Sosial şəbəkələrə qoşulma plaginləri:

FRANKE Facebook, Google+, LinkedIn və Twitter kimi sosial şəbəkələrin sosial şəbəkələrə qoşulma plaginlərindən ("düymələrindən") istifadə edir. Veb-saytımıza daxil olduğunuz zaman, bu düymələr sabit şəkildə deaktiv olunur, yəni sizin müdaxiləniz olmadan onlar müvafiq sosial şəbəkələrə heç bir məlumat göndərmirlər. Bu düymələrdən istifadə etməzdən əvvəl klik etməklə onları aktivləşdirməlisiniz. Sonra isə onları yenidən deaktiv etmədən və ya cookies fayllarını silmədən onlar aktiv qalırlar (zəhmət olmasa, “Cookies”-lərə baxın).

Onları aktivləşdirdikdən sonra müvafiq sosial şəbəkənin serverinə birbaşa keçid bərpa edilir. Düymənin içindəkilər sonradan sosial şəbəkədən birbaşa brauzerinizə köçürülür və veb-saytda ona qoşulur. Düyməni aktivləşdirdikdən sonra düyməni işə salmamağınızdan asılı olmayaraq sosial şəbəkə məlumatlarınızı əldə edə bilər. Əgər sosial şəbəkəyə daxil olursunuzsa, o zaman şəbəkə, ziyarətinizi öz hesabındakı saytda qeydiyyatdan keçirə bilər. Müvafiq düyməni aktivləşdirmədiyiniz müddətcə sosial şəbəkə FRANKE-nin digər saytlarına daxil olmanı qeydiyyatdan keçirə bilməz.

Əgər sosial şəbəkə istifadəçisinizsə və veb-saytımıza daxil olduqda əldə etdiyiniz məlumatları istifadəçi məlumatlarınızla birləşdirmək istəmirsinizsə, siz düyməni aktiv etməzdən əvvəl sosial şəbəkədən çıxmalısınız.

Biz sosial şəbəkələrin düymələri vasitəsilə toplanan məlumatların miqdarına nəzarət etmirik. Sosial şəbəkə məlumatlarının istifadəsinə dair qaydaları onlar tərəfindən toplanan məlumatların məqsədi və miqdarı, bu məlumatların işlənilmə və istifadə üsulları, məxfiliyinizi qorumaq üçün istifadə edə biləcəyiniz mümkün hüquq və parametrlər haqqında məlumatlar verir.

Belə toplanılmanın həcmi və məqsədi və məlumatlarınızın işlənilməsi haqqında əlavə məlumatlar əldə etmək üçün, zəhmət olmasa, xidmətlərini və/və ya kontentini daxil etdiyimiz və bu kontekstdə məlumatlarınızın qorunmasına görə məsuliyyət daşıyan təchizatçıların məxfilik bildirişləri ilə tanış olun.

6. KƏNAR MƏLUMAT EMAL EDƏNLƏR

Müqavilənin icrası üçün lazımı şərt olmadıqda, müvafiq hüquqi müddəalar ilə razılaşdırılmamışsa və ya bununla bağlı müvafiq razılıq verməmisinizsə, biz hər hansı fərdi məlumatı üçüncü şəxslərə ötürmürük. Bununla yanaşı FRANKE bizim adımızdan müəyyən vəzifələri yerinə yetirmək üçün digər şirkətlər və ya fərdi şəxslərlə (“Məlumat emal edənlərlə”) müqavilələr bağlaya bilər. Bu zaman məlumat emal edənlərə fərdi məlumatlara girişin verilməsi tələb oluna bilər. Bizim prosessorlarımız fərdi məlumatların məxfiliyinin qorunması ilə məsuliyyətlidirlər və FRANKE tərəfindən müəyyən edilmiş məqsədlərdən başqa hər hansı digər məqsədlər üçün məlumatların istifadəsini qadağan edirlər. Məlumat emal edənlərin məsuliyyətlərinə texniki xidmətlər, ödənişlər və çatdırılma, kredit riskinin azalması və fırıldaqçılıqdan müdafiə, provayderlərin analitikasının təmin edilməsi, axtarış provayderləri və qrupdaxili işlənilmə ilə bağlı biznes tərəfdaşları və ya subpodratçılar qarşısında məsuliyyətlər aiddir. Onların müvafiq fəaliyyətə dair fərdi məlumatlara girişi olacaqdır. O cümlədən, fərdi məlumatların digər məqsədlər üçün işlənilməsi və ya istifadə edilməsi Məlumat emal edənlərə qadağan edilir.

Məlumat emal edənlərimizə açıqlanan fərdi məlumatların lazımi şəkildə qorunmasını təmin etmək məqsədilə biz, müqavilə üzrə və ya digər şəkildə müvafiq tədbirlər görürük. Eləcə də biz məlumatların mühafizəsi haqqında qanunvericilik tələblərinə müvafiq olaraq fərdi məlumatların mühafizəsi üçün məlumat emal edənlərimizin kifayət qədər hüquqi, təşkilati və texniki prosedurlarla təmin edirik. 

7. TƏHLÜKƏSİZLİK

FRANKE - hüquqi şəxslərə, biznes proseslərə, idarəetmə strukturlarına və sərhədləri olmayan texniki sistemlərə sahib olan beynəlxalq bir təşkilatdır. Buna görə də, məxfiliyi təmin etmə üsullarımız fərdi məlumatların mühafizəsini bütün dünyada təmin etmək üçün nəzərdə tutulmuşdur. FRANKE-nin siyasəti fərdi məlumatlara yalnız FRANKE-nin fikrincə öz vəzifələrini yerinə yetirmək üçün qanuni tələbatla məlumatları bilməyə və ya əldə etməyə icazəsi olan səlahiyyətli işçiləri, agentləri, podratçıları, təşkilatları və məlumat emal edənləri girişlə təmin etməkdir. Sizin təqdim etdiyiniz məlumatları və bizim idarə etdiyimiz məlumatları manupilyasiyadan, zərərdən, məhv olmadan və üçüncü şəxslərin müdaxilə etməsindən mühafizə etmək üçün FRANKE texniki və təşkilati təhlükəsizlik tədbirlərindən istifadə edir. Bizim təhlükəsizlik tədbirlərimiz texnoloji nailiyyətləri nəzərə alaraq hər zaman təkmilləşdirilməkdədir.

Əgər veb-saytımızın müəyyən hissələrinə daxil olmaq üçün sizə şifrə təqdim etmişiksə (və ya siz özünüz seçmisinizsə), ozaman Siz bu şifrənin saxlanmasına görə məsuliyyət daşıyırsınız. Bu şifrəni heç kimə verməməyinizi xahiş edirik.

8. MƏLUMATLARIN SAXLANILMASI

Xüsusi saxlanma müddəti müəyyən edilməyibsə, aşağıdakı ümumi qaydalar tətbiq olunur:

Məlumatlarınız təyin edilən məqsəd üzrə zəruriliyini itirsə və ya razılığınızı geri götürsəniz və ya qanuni maraqlar əsasında istifadə etməkdən imtina etsəniz, onlar silinəcəkdir və bizim onları saxlamaq üçün heç bir hüquqi əsasımız yoxdur. Bəzi hallarda qanunla məsuliyyət daşıdığımız üçün (məsələn, vergi və kommersiya hüququ kimi) və ya hüquqi tələblərin yaradılması, həyata keçirilməsi və ya müdafiəsi üçün məlumatlar lazım olduqda, daha uzun saxlanılma müddəti tətbiq oluna bilər. 

9. SİZİN HÜQUQLARINIZ VƏ ƏLAQƏ MƏLUMATLARINIZ

Məlumatların ümumi mühafizəsinə dair Avropa nizamnaməsinə və ya sizə tətbiq olunan analoji qanuna uyğun olaraq, Siz aşağıdakı hüquqların bir qismindən və ya hamısından istifadə edə bilərsiniz:

1. (i) fərdi məlumatlarınızın qorunması və (ii) fərdi məlumatlarınızın saxlanılması və/və ya nüsxələnməsi, o cümlədən işlənilmə məqsədləri, müvafiq fərdi məlumatların və məlumat alıcılarının kateqoriyaları, həmçinin potensial saxlanma müddəti haqqında məlumat tələb etmək;

2. (i) natamam və ya qeyri-dəqiq olduqda, (ii) toplandıqları məqsədlər üçün artıq lazım olmadıqda və ya (iii) işlənilmənin həyata keçilməsi haqqında razılıq geri götürüldükdə, fərdi məlumatların düzəldilməsini, silinməsini və ya məhdudlaşdırılmasını tələb etmək;

3. fərdi məlumatlarınızı təqdim etməkdən imtina etmək və bu cür imtinaya qədər hadisələrə dair məlumatların işlənməsinə təsir etmədən fərdi məlumatlarınızın istənilən vaxt işlənilməsinə dair razılığınızı geri götürmək;

4. fərdi məlumatlarınızı təqdim etməkdən imtina etmək və bu cür imtinaya qədər məlumatların işlənməsinə dair fəaliyyətə zərər vermədən fərdi məlumatlarınızın istənilən vaxt işlənilməsinə dair razılığınızı geri götürmək;

5. (i) özünüzlə bağlı bizə təqdim etdiyiniz fərdi məlumatları strukturlaşdırılmış, geniş istifadə olunan və maşınla oxunan bir formatda qəbul etməyi və təkrar istifadə etməyi və (ii) bu məlumatları bizim tərəfimizdən maneə olmadan başqa bir nəzarətçiyə ötürməyi tələb etmək; əgər texniki cəhətdən mümkündürsə, Sizin fərdi məlumatlarınızı birbaşa bizdən digər nəzarətçiyə ötürmək hüququnuz vardır.

Fərdi məlumatların işlənilməsinə dair imtina hüququ:

Xüsusi şərtlərlə əlaqədar olaraq Sizin fərdi məlumatlarınızın işlənilməsindən imtina etmək hüququnuz var. Belə olan halda bizə xüsusi vəziyyətiniz barədə məlumat verməyinizi xahiş edirik. Sizin təqdim etdiyiniz faktları qiymətləndirdikdən sonra biz ya fərdi məlumatlarınızın işlənilməsini dayandırırıq, ya da işlənilmənin davam etdirilməsi üçün sizə inandırıcı qanuni əsaslar təqdim edirik.

 

Fərdi məlumatlarınızı necə istifadə etməyimizlə bağlı istənilən dəyişikliyi və ya qanunvericilikdəki dəyişiklikləri əks etdirmək üçün biz, hazırki məxfilik siyasətini mütəmadi olaraq yeniləmək və dəyişdirmək hüququmuzu qoruyuruq. İstənilən bir dəyişiklik yarandığı halda biz, veb-saytımızda dəyişilmiş məxfilik siyasətini dərc edəcəyik.

Hazırkı məxfilik siyasətinə riayət ilə bağlı suallarınız və ya şikayətiniz varsa və ya yuxarıda göstərilən hüququnuzdan istifadə etmək istəyirsinizsə, zəhmət olmasa, aşağıdakı göstərilən şəkildə bizimlə əlaqə saxlayın:

Müvafiq Franke nəşrinin çıxış məlumatlarını buradan əldə edilə bilərsiniz.

Diqqətinə: Məlumatların mühafizəsi məsələləri üzrə koordinator

 

və ya placeholder_imprint_email elektron poçt vasitəsilə

 

May, 2018-ci il.